“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


29.07.2019  12:08 

Alı Alıyev növbəti səyyar qəbul keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Arayatılı kəndində keçirilib.
Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bildirib ki, 1018 nəfər əhalinin yaşadığı Arayatılı kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial problemləri tam həll olunub, əhali məcburi köçkünlər üçün qanunvericilikdə nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1018 nəfərə hər ay 50400 manat vahid aylıq müavinət ödənilir, 5 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Arayatılı kəndində 5 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 185 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 205 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
2018-2019-cu təsərrüfat ilində 180 ha taxıl, 62 ha pambıq əkilib, 1772 kq barama istehsal olunub.

Alı Alıyev bildirib ki, hazırda Arayatılı kəndində Heydər Əliyev Fondu tərəfindən ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçası tikilir. İlin sonuna kimi bağça azyaşlıların istifadəsinə veriləcəkdir.

Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.






Xəbər 3257 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +