AZAL ABŞ-a uçuşları dayandırdı - SƏBƏB
Magistraturaya sınaq imtahanı keçiriləcək
Koronavirus daha bir ölkəyə ayaq açdı
Siqareti atmaq istəyənlər üçün təbii vasitələr
Almaniyada koronavirusa yoluxanların sayı artdı
Xırdalan dairəsi necə olacaq?
Prezident koronavirusla bağlı tapşırıq verdi
Sabah Bakıda 12 dərəcə isti olacaq
Tələbələrin köçürülməsinə başlanılır
Çinlilərin Rusiyaya girişi qadağan edildi


25.07.2019  11:09 

Yol təmir edilərkən yeni qaydalarla təhvil alınacaq





A+  A-

Baş Nazir Novruz Məmmədov "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.
XəzərNews.az xəbər verir ki, qərarın "Avtomobil yollarının layihələndirilməsi” bölməsinin 1.1-ci bəndinin 1 nömrəli cədvəli aşağıdakı redaksiyada verilib:

Qeyd.

1. Ümumi nəqliyyat axınında yüngül minik avtomobillərinin miqdarı 30 %-dən az olduqda, hesabi hərəkət şiddəti nəqliyyat vahidində qəbul edilir.

2. Bu Qaydalarda göstərilən I a, I b və I c dərəcəli yollar, I dərəcəli yollar kimi nəzərdə tutulur.

3. Yolun dərəcəsi onun yol şəbəkəsindəki əhəmiyyətinə, hesabi hərəkət şiddətinə və sifarişçinin tələbinə əsasən qəbul edilir.”.

2. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.7. Ümumi istifadədə olan avtomobil yolları aşağıdakı ölçülərə malik nəqliyyat vasitələrinin buraxılması üçün nəzərdə tutulur:

tək avtomobillər, uzunluğu - 12 metrədək;

birqoşqulu avtomobil qatarları, uzunluğu - 20 metrədək;

ikiqoşqulu avtomobil qatarları, uzunluğu - 24 metrədək;

bütün növ avtomobillərin hündürlüyü - 4 metrədək;

bütün növ avtomobillərin eni - 2,55 metrədək.”.

3. 4.1-ci bəndin 2 nömrəli cədvəli aşağıdakı redaksiyada verilsin:

4. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"4.2. Avtomobil yolları layihələndirilərkən hesabi yük (ikioxlu avtomobillərin ən çox yüklənmiş tək oxuna düşən yük) yol geyiminin hesabatı üçün aşağıdakı kimi qəbul edilməlidir:

əsaslı tip yol geyimləri üçün - 115 kN (11,5 t);

yüngülləşdirilmiş və keçid tipli yol geyimləri üçün -100 kN (10 t);

beynəlxalq daşımaları həyata keçirən ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti üzrə nəzərdə tutulan yollar (marşrutlar) üçün - 130 kN (13 t).”.

5. 4.3-cü bəndin 3 nömrəli cədvəli aşağıdakı redaksiyada verilsin:

Qeyd.

1. Cədvəldə verilmiş:

yol çiyninin bərkidilmiş zolağı - yol çiyninin yolun hərəkət hissəsinə bilavasitə bitişik hissəsi;

ayırıcı zolağın bərkidilmiş zolağı - ayırıcı zolağın yolun hərəkət hissəsinə bilavasitə bitişik hissəsi;

dayanma zolağı - yol çiynində yerləşən və nəqliyyat vasitələrinin məcburi dayanması üçün nəzərdə tutulan bərkidilmiş zolaqdır.

2. I dərəcəli yollarda ayırıcı zolağın eni texniki-iqtisadi əsaslandırmalara və qüvvədə olan normativ texniki sənədlərin tələblərinə əsasən müəyyən edillir. Yeni tikilən avtomobil yollarının layihələndirilməsində perspektiv müddət üçün yenidənqurma işlərinin rahatlığının və keyfiyyətinin təmin edilməsi məqsədilə (hərəkət zolaqlarının sayının artırılması üçün) ayırıcı zolaqların eni cədvəldə göstəriləndən 7,5 metr artırıla bilər. Bu halda ayırıcı zolaqların eni aşağıda qeyd olunanlardan az olmayaraq qəbul edilməlidir:

Ia dərəcəli yollar üçün -13,5 metrdən;

Ib dərəcəli yollar üçün -12,5 metrdən;

Ic dərəcəli yollar üçün -11,5 metrdən.

3. Müvafiq texniki-iqtisadi əsaslandırmalar olduqda, ayırıcı zolağın eninin çəpərlənmənin quraşdırılması üçün zolağın eni üstəgəl 2 metr (hər tərəfdən 1 metr olmaqla) eninə qədər azaldılmasına yol verilir.

4. Yolların təmiri zamanı avtomobil nəqliyyatı vasitələrinin və xüsusi təyinatlı maşınların keçə bilməsi üçün yolun hər 5-7 km-dən bir ayırıcı zolaqlarda yarıqlar nəzərdə tutulmalıdır. Yarıqların ölçüsü nəqliyyat axınının tərkibi və avtomobilin geriyə dönməsi nəzərə alınmaqla hesabat əsasında və ya 30 metr uzunluğunda qəbul olunmalıdır. Bu yarıqlar üçün çıxarılıb quraşdırıla bilən çəpərlənmə qurğuları nəzərdə tutulmalıdır.

5. Dərə-təpəlik ərazilərdə Ic və II dərəcəli yolların layihələndirilməsi zamanı (hesabi sürət 100 km/saatdan artıq olmadığı halda) yolun çiyinlərində bərkidici zolağın eni 0,5 metr qəbul edilə bilər.

6. Texniki-iqtisadi əsaslandırmalarla 100 km/saat hesabi sürət üçün layihələndirilən II dərəcəli yollarda hərəkət zolaqlarının eni 3,5 metr olmaqla, 4 zolaqlı layihələndirilməsinə yol verilir.

Xəbər 506 dəfə oxunub.



29.01.2020  10:27 

Dünənki 4 qəzada 4 nəfər ölüb

28.01.2020  18:11 

Sayğac oğruları saxlanıldı

28.01.2020  16:12 

Xırdalan dairəsi necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +