Təhlükəli virus Çindən ABŞ-a keçdi
DİM əlilələrlə bağlı təlimat hazırladı
Azərbaycan “Eurovision” hazırlığına başladı
Ağac kəsən şirkət 26760 manat cərimələndi
Albalı yemək üçün 5 SƏBƏB
Burkina-Fasoda azı 36 nəfər terror qurbanı oldu
Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq
Gəncə sakinindən silah götürülüb
MSK Gülər Əhmədovaya “yox” dedi
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır


24.07.2019  16:11 

Qarabağ əlillərinə 50 maşın verildi





A+  A-

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
XəzərNews.az-a daxil olan məlumata görə, avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb. O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırılmasına, problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırılmasına imkan verib. Bu tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstəkdir.

Nazir müavini şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığını vurğulayıb. M.Kərimli diqqətə çatdırıb ki, sosial islahatlar paketinin tərkib hissəsi kimi, cari ildə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərinin gücləndirildiyini qeyd edən M.Kərimli bildirib ki, ötən il bu kateqoriyalardan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 60 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6714 mənzil şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib.

Yeni minik avtomobili ilə təqdim olunan vətəndaşlar ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə avtomobillə təmin edildiklərinə görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Xəbər 548 dəfə oxunub.



22.01.2020  10:25 

13 yaşlı oğlan itkin düşdü

22.01.2020  08:51 

Albalı yemək üçün 5 SƏBƏB

21.01.2020  16:58 

Özbəkistanın Baş Naziri seçildi

21.01.2020  15:43 

Vilayət Eyvazovdan XƏBƏRDARLIQ

21.01.2020  14:21 

Məşhur türk serialı final edir


BÜTÜN XƏBƏRLƏR +