Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


23.07.2019  13:52 

Xanımını 5-ci mərtəbədən atan Taxvelinin vəsatəti təmin edildi





A+  A-

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxvelinin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə R. Taxvelinin vəkili vəsatət verərək məhkəmə iclaslarının audio və video görüntülərlə lentə alınmasını istəyib. Vəsatət təmin edilməyib.

Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dindirilməsi barədə vəsatət verilib. Ramiz Taxvelinin avtomobilinə baxış keçirilib oradan marixuana aşkar olunarkən R.Məmmədova hal şahidi kimi orada iştirak edib. Məhkəmə bu vəsatəti təmin edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan R.Taxveli məhkəməyə əlil arabasında gətirilib. Şüşə qəfəsdə deyil, konvoyun nəzarəti ilə salonun girişində əlil arabasında saxlanılır. O, proses zamanı rabitəsiz nitqlər söyləyir. Lakin istintaq onun anlaqlı vəziyyətdə olduğunu müəyyənləşdirib. Keçmiş qayınanası isə Taxvelinin bu hərəkətlərini şou adlandırıb.

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib.
İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

Mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır.

Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.

Xəbər 1501 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +