22.07.2019  11:37 

Lənkəranda 4 istirahət obyekti cərimələndi





A+  A-

Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Bu tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu”adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı R. Zamanov, N. Məmmədov, F.Məmmədov, R. Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Xəbər 1484 dəfə oxunub.



22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu


BÜTÜN XƏBƏRLƏR +