Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“


19.07.2019  12:08 

Daxili İşlər Nazirliyi işçi axtarır - ELAN





A+  A-

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakı şəhərinin 6 saylı, o cümlədən respublikanın Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi “ASAN xidmət” mərkəzlərinin hər birində 4, ümumilikdə 24 vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, xüsusi orta və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 (qadınlar), 170 (kişilər) santimetrdən yuxarı olan özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Bakı, Tovuz, Şamaxı, Balakən, Kürdəmir və Ağcabədi şəhərlərində və ətraf rayonlarında daimi qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2019-cu ilin iyul ayının 18-dən avqust ayının 18-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

*Şəxsiyyət vəsiqəsi

*Təhsil haqqında sənədin əsli

*Hərbi bilet (kiçilər üçün)

*Əmək kitabçası (olanlar üçün)

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 570-70-80;

Xəbər 1035 dəfə oxunub.



19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub


BÜTÜN XƏBƏRLƏR +