Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.07.2019  15:06 

Çirkli çimərliklərə gedənləri hansı aqibət gözləyir? – İnfeksiya TƏHLÜKƏSİ





A+  A-

Vaxtaşırı olaraq çirkli çimərliklərin siyahısı açıqlansa da, hələ də buralara üz tutanlar var.
XəzərNews.az xəbər verir ki, infeksionist Vüqar Cavadzadə “Yeni Sabah”a açıqlamasında deyib ki, çirkli dəniz suyu ilk növbədə infeksion xəstəliklərə, xüsusən də mədə-bağırsaq xəstəliyinə səbəb ola bilər:

“Çirkli suda bağırsaq çöplərinin miqdarı çox olur ki, bu da infeksiya ilə əlaqəli bir sıra xəstəliklərə, o cümlədən də eşerixioz xəstəliyinin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, çirklənmiş su dəridə infeksion xəstəliklərin, eləcə də göbələk xəstəliyinin yaranmasına səbəb ola bilər”.

İnfeksionist bildirir ki, çirkli olduğu açıqlanan çimərliklərdən qəti şəkildə uzaq durmaq lazımdır:

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək üçün monitorinqlər həyata keçirir. Çirklənmə dərəcəsi çox olan dənizlərlə bağlı əhaliyə xəbərdarlıq edirlər. Çirklənmə göstəricisi yüksək olan dənizlərdə çimmək tibbi baxımdan düzgün deyil”.

Xəbər 3730 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +