Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.07.2019  11:09 

6 ayda istehsalatda 24 nəfər ölüb





A+  A-

Bu ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 3964 şikayət ərizəsi, hüquqi şəxslərdən isə 3 min 106 məktub daxil olub.
XəzərNews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.

Nazir müavini qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi tərəfindən 708 vətəndaş fərdi qaydada qəbul edilib: "6 ay ərzində vətəndaşların 52 min manata qədər gecikdirilmiş sosial ödənişlərin ödənilməsi təmin edilib. Qanunsuz işdən çıxarılmış 77 nəfər isə əvvəlki iş yerlərinə bərpa olunub. Dövlət qurumları və vətəndaşların müraciətləri əsasında 282 hüquq pozuntusu aşkarlanıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrdə 24 nəfər həyatını itirib, 94 nəfər xəsarət alıb”.

Xəbər 3149 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +