Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?


05.07.2019  15:54 

Diqqətli olun! - Bakıda uşaqlar arasında qəribə xəstəlik yayılıb





A+  A-

Bakıda uşaqlar arasında əl-ayaq-ağız xəstəliyinə (Koksaki virusu) yoluxma halları artıb.
XəzərNews.az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a tanınmış pediatr Vaqif Qarayev məlumat verib.

V.Qarayev bildirib ki, son günlər bu xəstəliklə müraciət edənlərin sayında artım müşahidə olunur. Pediatr bildirib ki, bu xəstəliyə ən çox uşaqlarda təsadüf olunur. Onun sözlərinə görə, virusa yoluxan uşaqların ağzının, əlinin içində, ayaqlarında səpgili qızartılar olur: “Virus su çiçəyi xəstəliyinə bənzəyir. Bu xəstəlik temperaturun qalxması ilə müşahidə olunur. Uşaqlar ağız içində olan yaralara görə maye və qida qəbul etməkdə çətinlik çəkirlər. Xəstəliyin inkubasiya dövrü 3-6 gün çəkir”.

Tibb elmləri doktoru, professor, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xəstəliklərin təsnifatında əl-ayaq-ağız xəstəliyi adlı xəstəlik yoxdur. Baş pediatrın sözlərinə görə, hələlik uşaqlar arasında səpgili yaralarla müraciət edənlərin sayında nəzərəçarpacaq artım yoxdur: “Bu koksaki virusu Amerikada Koksaki adlı şəhərin adı ilə bağlıdır. Elə virusun da adı oradan götürülüb. Minlərlə virus xəstəlikləri kimi bu virusun da fəsadları ola bilər. Baş beyindən tutmuş əzələlərə qədər zədələməsi mümkündür. Amma Azərbaycanda belə bir virus hazırda uşaqlar arasında kütləvi şəkildə müşahidə olunmur”.

Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri burun axıntısı, boğaz ağrısı, halsızlıq, başağrısı, yüksək temperatur, iştahasızlıq, qusma, ishal kimi hallardır. Xəstəlik 10 gün ərzində öz-özünə sağalır. Lakin ağırlaşmaların ola biləcəyi nəzərə alınmalıdır. Xüsusilə uşaqlar mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.

Koksaki virusu – insanın həzm traktında yaşayan və çoxalan herpes viruslar ailəsinə aid olan virus infeksiyasıdır. Xəstəliyin əvvəlində Koksaki virusu burun və ağız boşluqlarının selikli qişasında toplanır, lakin bu zaman virusun aktiv çoxalması insanın bağırsaq boşluğunda yer alır, bu da virusun fekal-oral yolla yayılmasına səbəb olur. Makroorqanizmin yoluxması bilavasitə qida və ya içki məhsullarının düzgün olmayan qaydada istifadəsi zamanı baş verir.

Xəbər 1322 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +