Yasamalda sürücüləri narahat edən bərbad yol
Mərkəzi parkda ikiyaşlı uşaq kanalizasiya quyusuna düşdü
Azyaşlıları zorla dilənçiliyə cəlb edən şəxs tutuldu
Bakının mərkəzində 68 illik bina qəzalı vəziyyətdədir
“Naxtel“ fəaliyyətini dayandırır
Balakəndə polis dağlarda əməliyyat keçirdi
Qohumları tərəfindən yetim uşağa işgəncələr verilib
Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi


05.07.2019  10:16 

Çimərliklərin çoxu yararsızdır - Rəsmi açıqlama + Adlar





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 28 iyun-04 iyul tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
XəzərNews.az-ın məlumatına görə, idarənin əməkdaşı Nərmin Babaşova “Qafqazinfo”ya bildirib ki, analizlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.

Novxanı, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil.

Qeyd edək ki, bu dəfəki analizlərin nəticələrinə görə Novxanı çimərliyi də çirkli hesab olunur.

ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib. O bildirib ki, əvvəlki nəticələrdən fərqli olaraq bu dəfə yalnız Nabran deyil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin dəniz suyu da mikrobioloji baxımdan çirklidir, ona görə də çimərlik üçün qənaətbəxş deyil.

N.Babaşovanın sözlərinə görə Novxanı, Yalama, Seyidlər, İstisu (Müqtədir), Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərin bu dəfə çirkli çıxmasına səbəb sözügedən çimərlik ərazilərində fəaliyyət göstərən xidmət sahələrinin tam işə başlaması, orada formalaşan tullantı sularının düzgün idarə edilməməsi və dənizə axıdılmasıdır.

“Dəniz kənarında iaşə xidməti göstərən sahibkarlara, fərdi evlərindən dənizə çirkab su axıdan vətəndaşlarımıza müraciət edirik ki, obyektlərində, evlərində formalaşan tullantı sularının təmizlənməsini düzgün təşkil etsinlər və çirkab suları dənizə axıtmasınlar. Onlar bununla həm Xəzəri çirkləndirir, həm də vətəndaşların sağlamlığı üçün təhlükə yaradırlar.
Biz həm də bələdiyyələrə, yerli icra orqanlarına çağırış edirik, səslənirik ki, onlar da bu işdə fəal olsunlar, ətraf mühitə münasibətdə sağlam mövqe tutmağa yönələn fəaliyyətə dəstək versinlər”, - deyə qurum rəsmisi vurğulayıb.

Xəbər 2857 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb

31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın


BÜTÜN XƏBƏRLƏR +