Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.06.2019  18:23 

Parkda soyğunçuluq edənlər tutuldu





A+  A-

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri M.Qasımov, H.Qurbanov, S.Məmmədov və N.Məmmədov olduqları müəyyən edilib.

Onların digər cinayət əməlləri də istisna edilmir. Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa bu barədə DİN-in “102-Zəng Mərkəzi”nə, Səbail RPİ-yə və 9-cu Polis Bölməsinə müraciət edə bilərlər.

Xəbər 2820 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +