Ermənistana məxsus daha bir PUA məhv edildi
Almaniya və Fransada rekord göstərici
Avqustda da 190 manat veriləcək
Yoluxanların sayı 150-dən aşağı düşdü
Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
Sabah 36 dərəcə isti olacaq
Putin 3 generalı istefaya göndərdi
Beyrutdakı partlayışda ölənlərin sayı artır
Dünən dənizdə 2 nəfər xilas edilib
Moskvada daha 13 nəfər koronavirusdan öldü


26.06.2019  10:41 

Xəzərin səviyyəsi 1 metrdən çox aşağı düşüb





A+  A-

Hazırda Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur.
XəzərNews.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzər dənizi qapalı hövzə olduğundan periodik olaraq səviyyə dəyişmələri baş verir. Dəniz səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur. Xəzərin su balansının əsasını təşkil edən çayların hövzələrində baş verən iqlim tərəddüdləri, yəni azalıb-çoxalma, dəniz səthindən buxarlanma və s. faktorlar dənizdə səviyyənin artıb-azalmasına təsir göstərir.

R.Səttarzadə əlavə edib ki, sonuncu dəfə ötən əsrin ikinci yarısında Xəzər dənizinin səviyyəsində müşahidə olunmuş səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb:

"1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb. Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. Keçirilmiş monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə ğörə, hazırda səviyyə 1 metrdən çox aşağı düşüb. Bu sahəni tədqiq edən alimlərin fikrincə, Xəzər dənizinin artıb-azalmasını uzunmüddətli proqnoz etmək mümkün deyil. Çünki adətən bu proqnozlar bir müddət keçdikdən sonra özünü doğrultmur. Tərəfimizdən bu məsələyə xüsusi diqqət yetirilir və alimlərlə, mütəxəssislərlə müzakirələr aparılır. Bu günlərdə AMEA-nın alimləri ilə bu mövzuda növbəti görüş keçiriləcək”.

Şöbə müdiri onu da qeyd edib ki, dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji müşahidə məntəqələrində müşahidələr aparılır və dənizdə fəaliyyət göstərən qurumlara, xüsusilə neft-qaz əməliyyatları şirkətlərinə, dəniz nəqliyyatçılarına, limanlara dənizin səviyyəsi barədə erkən xəbərdarlıq edilir ki, fəaliyyətlərini duruma uyğun planlaşdıra bilsinlər.

Xəbər 650 dəfə oxunub.



06.08.2020  17:39 

Avqustda da 190 manat veriləcək

06.08.2020  13:52 

Sabah 36 dərəcə isti olacaq

06.08.2020  11:43 

Neft 45 dollardan satılır

06.08.2020  10:06 

Bakıda binada yanğın olub

05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı


BÜTÜN XƏBƏRLƏR +