AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.06.2019  11:20 

“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir





A+  A-

“25 əməkdaşımızla bağlı prokurorluğa özüm təqdimat vermişəm. Cinayət işi açılıb. Bunu özüm açıqlamamışam. Bunu açıqlamaq mənə nə verəcək ki? 9 milyon vəsaitin onların hesabına dövlət büdcəsinə köçürülməsini təmin etmişəm”
XəzərNews.az xəbər veir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əhaliyə paylanılan mal-qaranın bəzilərinin xəstə və ya qoca ilə bağlı edilən şikayətlərə münasibət bildirərkən deyib.

Nazir tədbirlərin birində çıxışı zamanı prosesin davam edəcəyini vurğulayıb: “Səhv tapanda cəzalandıracağıq. Əməkdaşlarıma ən böyük cəzanı da özüm verirəm. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı.

Xatırladım ki, əhaliyə paylanılan mal-qaranın xəstə və ya qoca olması ilə bağlı 700-dən çox şikayət aldıq. Buna görə də, 700 araşdırma təyin olundu. Araşdırma zamanı şikayətlərin 25-nin düz olduğu ortaya çıxdı. Siz indi saxtakarlığın dərəcəsinə baxın.

Mən həmişə deyirəm ki, niyə 2017-ci ildə heyvanlar veriləndə kimsə danışmırdı? 2018- ci ildə hamı eşitdi, bildi. 30 min heyvan verildi. Ancaq kiçik bir faizini şişirtdilər.

İndi isə ikinci tendensiya başlayıb. Gəlib deyirlər ki, verilən heyvan xəstədir. Noyabr ayında biz heyvanı verəndə onun baytar arayışı da var idi. Heyvanın şəkli də var idi. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etdim, getdilər, baxdılar.146 heyvanda xəstəlik aşkar olundu. İstənilən fermer heyvan götürüb 6 ay saxlayandan sonra həmin heyvanlar içərisindən xəstələnəni də olacaq. Mənim yanıma vətəndaş gəlib deyir ki, inək öskürür. Deyirəm ki, ay ağsaqqal, bu heyvanları harada saxlayırsan? Deyir həyətdə saxlayıram. Həyətdə saxlayanda xəstələnəcək də. Mən demək istəmirəm ki, gələn vətəndaş yalan deyir. Ola bilər ki, düz deyir. Ola bilər ki, bizimkilərin səhvi olub.

Nazir deyib ki, heyvan veriləndə siyahıdan olan 1000 nəfər kənarlaşdırılıb: “Çünki heyvan veriləndə görülüb ki bu adamın obyekti, maşını, torpağı var. Onlar da bəlkə 10 min dəfə şikayət məktubu yazıb. Aralarında çox gözəl yol tutanları da var. Bir nəfəri işdən çıxarırıq. 125 deputatımızın hamısına məktub yazırlar. Eyni adama 125 dəfə cavab verməli oluruq, Bütün bunların mediada niyə yayılmasından, şişirdilməsindən xəbərdaram. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı”.

Xəbər 1970 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +