Lənkəranda zəlzələ olub
Hindistanda istilərdən 30-dək insan ölüb
Yeni Zelandiyada güclü zəlzələ olub
Düşmən yenə atəşkəsi pozdu
Azərbaycanda Milli Qurtuluş Günüdür
“Lombard rəhbərləri camaatı incidir”
Rəsulzadənin şəkli olan avro saxta deyil
Əbülfəz Elçibəyin xanımı vəfat etdi
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Bələdiyyələrin statusu dəyişdirilir


08.06.2019  12:07 

Bu günədək 99,33 ton yaş barama tədarük edilib





A+  A-

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər.
XəzərNews.az xəbər verir ki, barama tədarükünə görə Zərdab, Füzuli, Balakən, Zaqatala, Kürdəmir və Şəki rayonları öndədir. Bu günədək Zərdabda 30,19 ton, Füzulidə 22,82 ton, Balakəndə 13,57 ton, Zaqatalada 5,72 ton, Kürdəmirdə 5,64 ton, Şəkidə 5,39 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Qeyd edək ki, 2019-cu ildə 800 ton barama istehsalı proqnozlaşdırılır. 2018-ci ildə kümçülər tərəfindən ümumilikdə 513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki göstəricidən 2,1 dəfə çoxdur.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Xəbər 52 dəfə oxunub.



16.06.2019  11:45 

Lənkəranda zəlzələ olub

16.06.2019  10:08 

Düşmən yenə atəşkəsi pozdu

15.06.2019  14:39 

Sabah 35 dərəcə isti gözlənilir

15.06.2019  11:36 

Cəbhədən xəbər var

15.06.2019  10:04 

Azərbaycan nefti bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +