Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


03.06.2019  18:06 

Akif Əlizadə alimlərin binasından oğlu ilə gəlininə 4 ev verib?





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, vitse-prezidenti və İşlər idarəsinin müdirinin yataqxanada yaşayan alimlər üçün tikilən binadakı evləri mənimsədiyi iddia edilir.
XəzərNews.az xəbər verir ki, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat paylaşıb.

O, həmin evlərin siyahısını da təqdim edib:

AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73)Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 5-ci mərtəbəsində 241saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man);

Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man);

AMEA-nın vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man);

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man).

***

Bir qrup alim də sözügedən məsələylə bağlı müraciət edib.

Alimlərin verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilib. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyblər:

“Yataqxanada yaşayan 118 sakinin imzası ilə gerçəkləşən layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşib. Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış Mənzil bölgü komissiyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə, həmin ailələrin haqlı narazılığına səbəb olub”,-deyə müraciətdə vurğulanıb.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İşlər üzrə müdir müavini və Mənzil Komissiyasının katibi Sərdar Əliyev Modern.az-a açıqlamasında yazılanları şər-böhtan, qərəz adlandırıb:

“Bunlar qanunazidd yanaşmalardır. Yataqxanada yaşayan ailələrin bir çoxu müəyyən səbəblərdən mənzillə təmin oluna bilmədiklərinə görə sakit oturmaq istəmirlər. İstəyirlər ki güc işlədib qanunsuz şəkildə ev sahibi olsunlar”.

S.Əliyevin sözlərinə görə, narazılıq edən vətəndaşalrın əksəriyyəti AMEA-nın əməkdaşı deyil:

“Səs-küy salanların bir hissəsi bizim işçilərimiz deyil, bir hissəsinin vaxtilə evi olub, AMEA-dan mənzil almaq üçün onu satıb, yaxud başqasına bağışlayıb. Bəzilərinin hətta indi də adına ev var. Qanunsuz olaraq AMEA-dan mənzil almaq istəkləri baş tutmayacaq. Evə ehtiyacı olan Akademiya əməkdaşlarının hamısı isə mənzillə təmin edilib”.

Xəbər 1252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +