Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ
Natiq Cəfərlinin müraciəti geri qaytarıldı
“Kefləri harda istəsə, ov etməməlidirlər”
Peterburqda 1925-ci ilin rekordu qırıldı
“REAL” TV Ləman Ələşrəfqızı ilə yollarını ayırdı
AB Belarusa silah embarqosunu ləğv etmədi
Sabah hava necə olacaq?
Millimizə 22 futbolçu çağırıldı
Narkoloji Mərkəzdə xəstə özünü asdı
Badamdardakı uçqununun səbəbi AÇIQLANDI


03.06.2019  11:09 

Problemli kreditlərlə bağlı 600,1 milyon xərcləndi - Rəsmi





A+  A-

Problemli kreditlərin həllinə dair Fərmanın icrası ilə əlaqədar Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə açıqlama yayıb.
XəzərNews.az həmin açıqlamanı təqdim edir:

“Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası uğurla başa çatdırılmışdır. Belə ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilmişdir ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər. Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək.

İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.

Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinib və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses cari ilin sonunadək davam edəcək.

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb”.

Xəbər 1038 dəfə oxunub.




17.02.2020  15:26 

Avtobusla vurulan piyada öldü

17.02.2020  12:57 

Polis Qusarda əməliyyat keçirdi

17.02.2020  12:43 

Sabah hava necə olacaq?

17.02.2020  12:26 

Messi La Liqada yenə liderdir

17.02.2020  11:09 

“Jara”da bir İLK

17.02.2020  10:43 

Yığmamız Avropa ikincisi oldu

17.02.2020  10:07 

Manat həftəyə necə başladı?

16.02.2020  21:20 

Badamdarda yenidən sürüşmə oldu

16.02.2020  18:31 

İranda güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +