Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


29.05.2019  16:17 

“Sovetski“də hüquqları tapdalanan sakinlər Prezidentə müraciət etdi: “Terrora məruz qalmışıq“





A+  A-

“Sovetskidə soküntü” layihəsinin ikinci mərhələsində evləri dağıdılmış və hüquqları tapdalanmış bir qrup sakin Prezident İlham Əliyevə müraciət ediblər.
Sakinlər həmin müraciətin surətini XəzərNews.az-ın elektorn ünvanına göndəriblər.
Sakinlərin müraciətini olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına “Sovetskidə soküntü” layihəsinin ikinci mərhələsində evləri dağıdılmış və hüquqları tapdalanmış insanlar tərəfindən

Ərizə
Cənab Prezident, biz “Sovetskidə soküntü” layihəsinin ikinci mərhələsində evləri sökülən sakinlər yazıb Sizə bildiririk ki, söküntü proqramının həyata keçirilməsi zamanı layihəni icra edən komissiya üzvləri – bir qrup icra məmuru, bir qrup maliyyə məmuru və 64 Saylı MKİS-in rəhbər işçiləri tərəfindən bir Azərbaycan vətəndaşı və insan olaraq hüquqlarımız tapdalanmış, maddi və mənəvi terrora məruz qalmışıq. Bu layihənin birinci mərhələsində sakinlərə bütün yaşayış və qeyri yaşayış (yaşayış otaqları, mətbəx, hamam tualet, balkon, pilləkən) köhnə yaxud yeni tikili olmasına baxmayaraq hər kv. m sahə üçün dövət tərəfindən 1500 (min beş yüz) manat, bir neçə aylıq kirayə üçün 1000 (min) manat, yüklərin daşınması üçün 400 (dörd yüz) manat kompensasiya ayrılmışdı.

İkinci mərhələdə isə manat ən azı iki dəfə devalvasiyaya məruz qaldığından 1 kv. m sahə üçün 2500 (iki min beş yüz) manat kompensasiya təyin olunmalı idi.
Lakin bu layihədə əhaliyə nəinki devalvasiyaya uyğun kompensasiya nəzərdə tututlmadı, məmur özbaşınalığının nəticəsi olaraq hətta yükün daşınması üçün ayrılmış kompensasiya belə əhalıyə verilmədi. Bundan əlavə evlərin kv.m-nin ölçülməsi zamanı evlərin hündürlüyünün də ölçüsü nəzərə alındı. Hündürlüyü 2.60 m (iki metr altmış sm) - dən aşağı olan yaşayış otaqlarına yarızirzəmi adı altında 800 (səkkiz yüz) yaxud 1200 (min iki yüz) manat məbləğində kompensasiya ödənildi. Qeyri- yaşayış sahəsi adı altında mətbəx, hamam tualet, balkona 500 (beş yüz) manat, 250 (iki yüz əlli) manat kompensasiya verildi. Zirzəmilərə ümumiyyətlə pul verimədi. Yeni tikililərə 800 (səkkiz yüz) ən yaxşı halda isə 1200 (min iki yüz) manat verildi.

Az kvadratlılara heç bir əlavə kompensasiya ödənilmədi. Halbuki, Prezidentin qərarına əsasən Sovetski camaatı razı salınmalı idi.
Evlərin ölçülməsi zamanı rəqəmlər sadə karandaşla qeyd olunurdu və söküntü komissiyasında əhalinin əksəriyyətinə evinin sahəsinin dəqiq kv.m-i göstərilmədi. Komissiyada bu və ya digər qanunsuzluq faktlarına etirazını bildirən şəxslər kobud şəkildə polislə hədələndi. Öz hüquqlarının müdafiəsi və bərpası üçün məhkəməyə müraciət edən Sovetski camaatı bu dəfə hakim özbaşınalığı ilə üzləşdilər: “ Sən kimsən ki, mənim nəyimsən ki mən sənə kömək edim”? –deyən hakimlər haqqı ədaləti bir kənara qoyub komissiyanın xeyrinə qərar çıxardılar.

Söküntü komissiyasında baş vermiş onlarla, yüzlərlə qanunsuzluq faktlarından biri:” Sovetski sakinlərindən birinin evinin bir hissəsində kirayə saxladığı qohumu komissiya ilə əlbir olub heç bir qeydiyyat, hüquqi sənədi olmadan qaldığı ərazinin pulunu mənimsədi. “Bu qanunsuzluqdur. Ev mənimdir, bu insanın mənim evimə heç bir hüquqi və mənəvi haqqı yoxdur” – deyən ev sahibinə komissiya sədri belə cavab verdi:” Bu pulu ona mən verirəm!”. Ən maraqlısı isə həmin adam notariusdan pulun qəbzini heç bir hüquqi sənəd olmadan aldı!

Söküntü komissiyasının Sovetski əhalisinə qarşı törətdiyi saysız - hesabsız maliyyə terroru ilə yanaşı evlərin söküntüsü zamanı insanlara qarşı törətdikləri mənəvi genosid daha dəhşətli idi. Köçmək üçün insanlara nəinki bir ay, on beş gün hətta üç gün belə vaxt verilmədi. Əşyalar evin içində ikən evlər dağıdıldı. Köçməyi üçün üç gün belə vaxt verilməyən insanlar polis təzyiqi altında evdən çıxarıldı.
Evlərin söküntüsü zaman əhalisi köçməyən evlər bilərəkdən zədələndirildi. Evləri su basdı. Kompensasiyanın azlığına etiraz əlaməti olaraq köçməyə etiraz edən şəxslərin evləri gizlicə yandırıldı! Bütün kommunikasiya xətləri işıq, qaz, su, telefon, internet – hamısı kəsildi.

Söküntü komissiyası törətdikləri maliyyə maxinasiyalarını ört-basdır etmək üçün Sovetski sakinlərinə, şəhər camaatına divan tutdu. İnsanlar sivil dünyadan təcrid olundu. Sovetski əhalisi öz vətənində üç ay – noyabr, dekabr, yanvar - aylarında İraq, Suriya vətəndaşlarının həyatını yaşadı.
Şəhər camaatı olan Sovetski sakinlərinin yarısı verilən cüzi kompensasiya ilə şəhərdən çox kənarlarda – şəhər ətrafında ev ala biliblər. Yarısına verilən kompensasiya heç yerdə ev almağa belə çatmadığı üçün beş aydır ki kirayədə yaşayırlar.

Cənab Prezident, Sovetski sakinləri – şəhər əhalisi olaraq bizim xahişimiz və tələbimiz aşağıdakılardır:
1. Dövlətin qanunlarına məhəl qoymayaraq məmur özbaşınalığı sayəsində Sovetski əhalisinə maddi və mənəvi divan tutmuş söküntü komissiyasının işinin araşdırılması üçün ayrıca komissiya yaradılsın
2. Xalqa dəymiş maddi və mənəvi ziyan ödənilsin
3. Devalvasiyaya uyğun olaraq hər kv. m. üçün 1000 (min) manat əlavə kompensasiya ödənilsin




Xəbər 4753 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +