Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


21.05.2019  23:06 

Rusiya səfiri Tele-radio Akademiyasının qonağı olub





A+  A-

Bu gün (mayın 21-də) Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Tele-radio Akademiyasının qonağı olub.
XəzərNews.az xəbər verir ki, Akademiyanın rektoru Faiq Hüsiyev Teleradio Akademiyasının fəaliyyəti barədə qısa məlumat verdikdən sonra sözü səfirə verib.
Akademiyada jurnalistlərlə görüşdən məmnunluğunu bildirən səfir ikitərəfli münasibətlərin inkişaf etdiyini, yaxın dostluq münasibətlərinin bütün sahələrdəki əməkdaşlığa təsir etdiyini vurğulayıb: “Azərbaycanla Rusiya arasında əlaqələr müxtəlif sahələr üzrə inkişaf etdirilir. Başlıca olaraq iqtisadi sferada Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın İqtisadiyyat naziri Maksim Oreşkinin ikitərəfli əməkdaşlığı sayəsində hüquqi baza yaradılır. Neft sənayesinin, avtomobil istehsalı, neft maşınqayırması, kənd təsərrüfatı sənayesinin inkişaf etdirilməsi və bu sahələrdə yüksək dövriyyəyə nail olmaq qarşıda duran ən ciddi məsələdi. Bundan əlavə, ticarət, nəqliyyat, humanitar və mədəni sahələrdə əlaqələr inkişaf etdirilir”.
Azərbaycanda turizmin inkişafına diqqət çəkən səfir bunun Rusiya ilə münasibətlərdə də özünü göstərdiyini vurğulayıb: “Turizm sahəsində son illər xüsusi canlanma hiss olunur. Azərbaycanın güclü turizm potensialı var. Xüsusilə dağ-xizək kurortları maraqlıdır. Qeyd edim ki, təkcə keçən il Rusiyadan Azərbayacana 800 000 turist gəlib. Bu iki dövlət arasında dostluq münasibətlərinin göstəricisidir”.
Səfir suallara cavab verərkən Azərbaycanı “bölgənin mühüm dövləti” adlandırıb: “Azərbaycan gözəl ölkədir. Burada yaşamaq və işləmək rahat və maraqlıdır”. O, bildirib ki, mədəni sahədə sıx əlaqələrin qurulması xalqlar arasında qarşılıqlı anlaşmaya səbəb olur: “Bakıda tez-tez teatrlara gedirəm. Rus Dram Teatrında, Opera və Balet Teatrında olmuşam. Çox istərdim Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” tamaşasına baxım. Tez-tez Filarmoniyaya gedirəm, klassik musiqini dinləyirəm. Arzu edirəm ki, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr daha da möhkəmlənsin”.
Görüşün sonunda rektor Faiq Hüsiyev dəvəti qəbul edib gəldiyi üçün M.Boçarnikova minnətdarlığını bildirib. Sonda Akademiyanın müdavimləri səfirlə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan Tele-radio Akademiyası Azərbaycan Televiziyası nəzdində fəaliyyət göstərir. Bu ilin mart ayında elan edilən müsabiqə nəticəsində Akademiyaya ilk dinləyici- müdavim qrupu qəbul edilib. Aprelin 29-dan başlayan dərslər 2 ay davam edəcək.




Xəbər 888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +