İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


20.05.2019  16:08 

Qeyri-sabit hava daha 2 gün davam edəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 19-u gündüzdən 20-si səhərədək müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat açıqlayıb.
XəzərNews.az xəbər verir ki, mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olmuş, rayonlarda bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.

Ən çox düşən yağıntının miqdarı: Oğuzda 44 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 mm (39 faiz), Zaqatalada 33 mm (26 faiz), Xınalıqda 25 mm, İsmayıllıda 22 mm, Göyçayda 21 mm (34 faiz), Qəbələdə 19 mm, Sarıbaşda (Qax) 18 mm, Xaltanda 15 mm, Qırızda 13 mm, Naftalanda 12 mm qeydə alınıb. Digər rayonlarda 1.0-8.0 mm olub.

Külək: Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.

Dolu: Şəkinin Əyriçay məntəqəsində diametri 34 mm, Dəhnə kəndi Acınohur və Sarıbaş kəndində saat 00:00 radələrində diametri 16 mm, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20 mm, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Xəbər 629 dəfə oxunub.



19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +