200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.05.2019  09:57 

“Eurovision 2019”un qalibi bəlli oldu





A+  A-

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.
XəzərNews.az-ın məlumatına görə, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan builki yarışmada Niderland təmsilçisi səsvermə zamanı 492 xal toplayaraq birincilik qazanıb.

Qeyd edək ki, Niderland “Eurovision” yarışmasında 58 dəfə iştirak edib və bu qələbə ilə 5-ci dəfə müsabiqəyə ev sahibliyi edəcək.

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsində İtaliya ikincisi, Rusiya isə üçüncüsü olub.

Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb. Azərbaycanlı ifaçı Çingiz Mustafayev “Truth” mahnısı ilə 20-ci olaraq səhnəyə çıxıb. Təmsilçimiz yarışmanı 7-ci sirada başa vurub.

Qeyd edək ki, müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Yarışanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb.

Xatırladaq ki, 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 64-cü dəfədir təşkil edilir.

Xəbər 1649 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +