AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.05.2019  11:12 

Neftçilər Xəstəxanasına qarşı 1,5 milyonluq iddia





A+  A-

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) müqavilə əsasında əməkdaşlıq etdiyi “AGNA Service” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, MNX 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək həmin şirkətlə 2017-ci ildə imzaladığı müqaviləyə xitam verilməsi və şirkətin xəstəxana daxilində yerləşən və balansında olan sahədən istifadəsinə son qoyularaq onlara məxsus avadanlıqların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Həmin şirkət xəstəxanada çamaşırxananı işlədib və bütün çamaşırların yuyulması ilə məşğul olub, buna görə şirkətə aylıq 10 min manat ödəniş olunub.

Cavabdeh tərəf olan “AGNA Service” MMC də məhkəməyə müraciət edərək qarşılıqlı iddia qaldırıb.

Şirkət ərizədə qeyd edib ki, MNX müqaviləni təktərəfli olaraq dayandırmaq cəhdinə görə onlara külli miqdarda zərər dəyib. Belə ki, MMC partnyor olduğu şirkətlər qarşısında öhdəliklərini yerinə yetirə bilsin deyə əlavə pul xərcləyib, işçiləri iş yerlərini dəyişib və şirkət qanunsuz şəkildə xəstəxanadan çıxarılıb, onların işıq və su xətti kəsilib, hətta maşınlarının xəstəxananın həyətinə girişinə qadağa qoyulub. Şirkət buna görə xəstəxanadan 100 min manat tələb edib.

Müqavilədə əməkdaşlıq müddəti 2020-ci ilin dekabr ayına kimi nəzərdə tutulduğu üçün şirkət həmin vaxta qədər hər ay üçün 10 min manat hesablanmaqla itirilmiş qazanc olaraq təxminən 200 min manat ödənilməsini istəyib. Eyni zamanda, MMC iddia edib ki, çamaşırxananın fəaliyyətə başlaması üçün 1 milyon manat yatırım edib və həmin məbləğin xəstəxanadan tutularaq onlara ödənilməsini tələb edib. Mənəvi zərərə görə MNX-nin rəhbərliyindən 100 min manat tutulmasını, görülmüş işlərə görə ödənilməmiş 30 min manat borcun ödənilməsini iddia edib.

Mərkəzi Neftçilər Xəstəxanasının istəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə 3-cü şəxs qismində məhkəməyə cəlb olunub.

Sonuncu məhkəmə iclasında MNX və şirkətin nümayəndələri iştirak etmədiyi üçün iddia üzrə qərar qəbul edilməyib və baxılmamış saxlanılıb.

Xəbər 1433 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +