150 nəfər İŞİD-çi Türkiyəyə aparılır
Əfqan Muxtarlı bu gün azadlığa çıxa bilər
Sabah yağış yağacaq, külək əsəcək
Metroda işıqlar söndü, sərnişinlər qatarda qaldı
Əsəbdən yaranan 7 xəstəlik
Mənzildə ən təhükəli yer açıqlandı
Dünyanın ən bahalı brendləri məlum oldu
Balın bilmədiyiniz faydaları
Ramal “Maşın”dan getdi
Türkiyə ordusu suriyalılara müraciət etdi


13.05.2019  13:04 

Heydər Əliyev Fondunun 15 ildə Füzulidə bu işlər - FOTOLAR





A+  A-

“2004-cü ildə fəaliyyətə başlamış Heydər Əliyev Fondunun ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu son dərəcə önəmlidir. Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.
Füzuli rayonunda da Heydər Əliyev Fondunun qayğı və diqqətini əhali daim hiss edir. Heydər Əliyev Fondun Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək bunu bir daha aydın görmüş olarıq. Bu haqda məlumatı XəzərNews.az-a verən Füzuli RİH-dən bildirilib ki, 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompüter, istilik sistemi ilə təchiz olunmuş məktəb tikilərək istifadəyə verilib. Həmin ildə Heydər Əliyev Fondu tərəfindən füzulili gənclərin asudə vaxtlarını səmərəli təşkil etmələri üçün Gənclər Mərkəzi inşa olunub.

Bildirilir ki, Fondun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Belə ki, 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilib. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.

Məlumatın davamında göstərilir ki, füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illər əziyyət çəkib və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət ediblər. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva füzulililərin bu arzusunu da reallığa çevirib. 2014-cü ildə Horadiz şəhərində yeni salınmış Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilib.

2016-cı ildə yenə Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən iki mərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalereyası inşa olunub.

Bundan başqa hazırda Heydər Əliyev Fondu tərəfindən Arayatılı kəndində 80 çarpayılıq iki mərtəbəli, ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçasının tikintisi davam edir.

Bunlar Heydər Əliyev Fondunun son 7 ildə cəbhə bölgəsində yerləşən Füzuli rayonunda həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirib, minlərlə füzulili məcburi köçkünü sevindirib. Belə ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”, “təhsilə dəstək”, “məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “tibb müəssisələrinin yenidən qurulması və inşası”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri Füzuli rayonunda da reallaşdırılıb.

Füzulililər Ulu öndər Heydər Əliyevin ölməz irsini layiqincə yaşadan və təbliğ edən, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər.

Füzulililər fəxr edirlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.






Xəbər 539 dəfə oxunub.



18.10.2019  12:09 

Əsəbdən yaranan 7 xəstəlik

18.10.2019  09:57 

Bu ərazilərdə qaz kəsiləcək

18.10.2019  09:06 

“El Klasiko” təxirə salındı

18.10.2019  08:43 

Balın bilmədiyiniz faydaları

17.10.2019  21:34 

Ramal “Maşın”dan getdi

17.10.2019  18:04 

Məzənnə açıqlandı

17.10.2019  14:03 

Sabah 28 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +