Tramp PKK ilə İŞİD-i belə müqayisə etdi
Suriyada yeni qaçqın təhlükəsi
Türkiyənin sərhəd rayonlarında məktəblər bağlandı
İsrail Suriyaya gizlincə zərbə endirib
Zakir Həsənov idarə rəisini vəzifədən çıxardı
Sabah hava necə olacaq?
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır
Ərdoğan təcili Moskvaya gedəcək
Suriyada bir həftəyə 637 terrorçu öldürülüb
Atəşkəs snayper tüfəngləri ilə pozulub


11.05.2019  13:21 

Çin mallarına gömrük rüsumu qaldırılıb?





A+  A-

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çin Xalq Respublikasından idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaratdığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
XəzərNews.az-a daxil olan məlumata görə, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, “karqo” adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər.
Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər.

Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları “Gömrük tarifi haqqında” qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.

Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.

Xəbər 550 dəfə oxunub.



16.10.2019  22:19 

Suriyada yeni qaçqın təhlükəsi

16.10.2019  14:08 

Sabah hava necə olacaq?

16.10.2019  11:53 

Ərdoğan təcili Moskvaya gedəcək

16.10.2019  10:54 

Qazla bağlı xəbərdarlıq


BÜTÜN XƏBƏRLƏR +