Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib
BMT işçilərini 20% ixtisar edəcək
Rusiya Zaporojjyaya raket atdı: 1 uşaq öldü
Vasif Talıbovun səhhəti pisləşdi


07.05.2019  16:09 

Prezident Qobustana pul ayırdı





A+  A-

Prezident İlham Əliyev Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılıb ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Ölkə başçısının digər sərəncamı ilə Qobustan rayonunun Sündü kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

***

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Xəbər 1326 dəfə oxunub.




31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +