AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


27.04.2019  20:17 

Xəzər Dəniz Gəmiçiliyində qaranlıq məqamlar - Mənfəət azalıb, rəhbərlik isə 464 min manal maaş alıb





A+  A-

Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti iki dəfə azalsa da, rəhbərliyin maaşı artıb.
XəzərNews.az Azpolitika.info-ya istinadən xəbər verir ki, vaxtilə Azərbaycanın varlı və biraz da qalmaqallı məmur-oliqarxlarından biri sayılan Aydın Bəşirovun, hazırda isə Rauf Vəliyevin rəhbərlik etdiyi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin(AXDG) 2018-ci ilin yekunlarına dair maliyyə hersabatları açıqlanıb.

Qurumun hesabatında kifayət qədər maraqlı məqamlar var ki, bunlardan biri də idarənin rəhbərliyinə daxil olan şəxslərin əmək haqları ilə bağlıdır. Belə ki, hesabatdan idarənin rəisinin və 5 müavinin illik əmək haqlarının toplam 464 min manat təşkil etdiyi məlum olur. Qeyd edək ki bu, 2017-ci illə müqayisədə 131 min manat və ya 39 faiz çoxdur. Çünki 2017-ci ildə baş rəhbərliyə cəmi ödənişlər 333 min manat təşkil etmişdi.

Deməli, ötən il hər ay rəhbərliyə 38 min 667 manat, hər bir rəhbərə isə orta hesabla 6 min 444 manat əmək haqqı və mükafat ödənilib.

Ümumiyyətlə, 2018-ci ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 406 milyon 949 min manat cəmi xərclərinin 140 milyon 635 min manatını əməkhaqqı, maaş və sosial müdafiə xərcləri təşkil edib.

Əlbəttə ki, rəhbər şəxslərin yüksək əmək haqqı almaları normal hal sayıla bilər. Ən azından ümid etmək olar ki, bu zaman korrupsiya və digər neqativ hallara yol verilməsi ehtimalı xeyli azalır…

Lakin AXDG-nin maliyyə hesabatında başqa bir maraqlı məqam da var ki, bu da sözügedən qurumun 2018-ci ilin yekunlarına görə, xalis mənfəətinin 2 dəfə(!) azalmasıdır. Əgər 2017-ci ildə AXDG-nin qazancı 100.1 milyon manat olubsa, ötən il xalis mənfəət cəmi 52,4 milyon manat təşkil edib. Keçən il gəmiçilik şirkətinin göstərilən xidmətlər üzrə gəlirləri 4,7 faiz azalaraq, 452,1 milyon manat təşkil edib. Eyni zamanda, yük və sərnişin daşınmasından gəlirlər də 5 faiz azalıb.

Əlbəttə ki, mənfəətin belə kəskin şəkildə azalması müsbət hal və rəhbərliyin uğuru sayıla bilməz. Buna baxmayaraq, rəisin və 5 müavininin ötən il ərzində hansı xidmətlərinə görə maaş və mükafatlarının 40 faizədək artırılması qaranlıq olaraq qalır…

Xəbər 1981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +