“28634 şagirddən heç kim maksimum bal toplaya bilməyib”
Mxitaryan Bakıya gəlmir - “Arsenal” rəsmi açıqladı
DİM imtahan nəticələrini açıqladı
DİQQƏT - “Tarqovı”ya giriş məhdudlaşdırılır
Sabahın hava proqnozu açıqlanıb
Bu rüsumlar artırılır - Siyahı
Atəşkəs 20 dəfə pozulub
300-dən çox aviareys təxirə salındı
Ukraynanın baş naziri istefa verdi
Kamildən növbəti qalmaqallı addım


25.04.2019  15:48 

Deputatlardan “İçərişəhər”lə bağlı ETİRAZ: “Kimin nə həddi var ki...”





A+  A-

"İçərişəhər" mövzusu medianın və social şəbəkələrin gündəmini zəbt edib. “İçərişəhər” Qoruğu ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri vətəndaşlar, xüsusilə də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Hətta oradan çəkilmiş şəkillər sosial şəbəkələrdə paylaşılandan sonra vətəndaşlar 11 may tarixinə Qala divarlarının qorunması tələbilə aksiya teyin ediblər. Artıq bəzi tanınmış similar bəribaşdan aksiyaya qatılacaqlarını elan ediblər.

XəzərNews.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yerləşdiyi rayonun – Səbailin deputatı Şəmsəddin Hacıyev "İçərişəhər" mövzusunda Modern.az-a danışıb.

O vurğulayıb ki, İçərişəhər qoruq ərazisi olduğundan çox ciddi şəkildə qorunur. Ş.Hacıyevin sözlərinə görə, orada heç kim özbaşına tikinti apara bilməz:

“Bu ərazi, tarixi abidəmiz hətta ölkə rəhbərliyinin nəzarətindədir. İnanmıram ki, kimsə orada özbaşına tiikinti işləri aparsın, hər hansı obyekt ucaltsın. Ora Bakı şəhərinin ən görkəmli yeridir. Bakıya gələn turistlər hamısı İçərişəhərə axın edirlər. Son illərdə isə tamamilə siması dəyişilib, çox gözəlləşdirilib. Davamlı təmir, restavrasiya işləri aparılır. Hər hansı tikinti həyata keçirilsə belə, Qala divarlarına toxunmaq mümkün deyil.

İqtisad Universitetində rektor işlədiyim vaxtda müşahidə etmişdim. Qala divarlarına bitişik tikililər var idi, onlar hamısı söküldü, qala divarları restavrasiya olundu. Çox gözəl görünüş aldı. Təxminən 300-400 metrə yaxın Qala divarı müxtəlif tikililərlə bağlanmışdı, yaxşı görüntüdə deyildi. Prezidentin göstərişi ilə onlar restavrasiya edilib, tarixiliyinə qaytarıldı”.

Deputat onu da əlavə edib ki, İçərişəhərdə hər hansı prosedur aparılanda Bakı Meriyasının peşəkar mütəxəssisləri də iştirak edirlər:

“Abidənin qorunması üçün işlər görülür. Kimin nə həddi var ki, Qala divarlarını söküb dağıtsın?! Meriyanın restavrasiya etmək üçün xüsusi idarəsi var və bu, birbaşa onların nəzarəti altındadır. Orada nə isə tikmək, Qala divarlarına ziyan vermək elə-belə məsələ deyil, buna çox ciddi yanaşılır”.

Deputat Fazil Mustafa İçərişəhər tarixi qoruğuna, Qala divarlarına ziyan vurulmasının əleyhinə çıxış edib:

“Mən İçərişəhərlə bağlı fikrimdə qalıram. Qala divarlarının dağıdılması, tarixi abidəyə hər hansı ziyan vurulması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır. Əgər iddia edildiyi kimi, fotolar köhnədirsə, heç bir ziyandan söhbət getmirsə, ora QHT nümayəndələrini, ictimaiyyət adamlarını, medianı dəvət edib, məsələni aydınlaşdırmaq lazımdır. Bu məsələdə laqeydlik etmək, ictimaiyyətin fikrini ciddiyə almamaq düzgün deyil”.

Deputat Tahir Kərimli də İçərişəhərlə, tarixi abidələrimizə ziyan vurulması ilə bağlı kəskin mövqedədir. O vurğulayıb ki, millət öz tarixi ilə yaşayır:

“Turistlər gələndə Qala divarlarını göstərib fəxr edirik ki, dövlətçiliyimiz, mədəniyyətimiz, zəngin keçmişimiz var. Bu abidələr dövlətimizin atributlarıdır. Nə dərəcədə manqurt olasan ki, tariximizə bağlı olan abidələrin üzərindən xətt çəkəsən. Tək İçərişəhər deyil, çox yerlərdə kapital, obyekt tikmək xətrinə dəyərli nə varsa dağıdırlar, tamaha görə millətimizin keçmişini qurban verirlər. Elə insanlar var ki, onlar üçün nə dövlət, nə millətin tarixi maraqlıdır, ancaq şəxsi mənfəətlərini düşünürlər. Mən hüquq-mühafizə orqanlarına təklif edirəm ki, məsələni araşdırsınlar. Tarixi abidələrimizlə bu cür davrananlar hüquqi məsuliyyətə cəlb olunmalıdır. Belə hara gedirik?”.

Tahir Kərimli hətta son illərdə İçərişəhərdə həyata keçirilən restavrasiya işlərini də qonayıb:

“Müstəqillikdən sonra İçərişəhərdəki köhnə tikililərin yerinə uyğun olmayan binalar tikməyə başladılar. Axı bu bizim dövlətçiliyimiz birliyimizdir. Sizə bir söz deyim, millətimizin də özünüdərki zəifdir. Nəyə görə içərişəhərlilər icma yaratmırlar? Hamısı yığışıb, bir icma yaratsın, özləri qərarlar qəbul etsinlər, dövlətə təkliflər versinlər. İçərişəhərin qorunmasını müdafiə etsinlər. İçərişəhərdə ictimai özünüidarə olmalıdır, abidə kimi onu qorumalıyıq. Mən əminəm ki, tarixi abidələrimizə əməlli-başlı ziyan vurulur. Üstəlik bu birinci hal deyil. Ona görə, müvafiq orqanların hüquqi məsuliyyət məsələsini ortaya qoymasını vacib hesab edirəm”.

Xəbər 394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2019  17:34 

Məzənnə açıqlandı

21.05.2019  16:49 

Prezident əsasnaməni təsdiqlədi

21.05.2019  14:06 

Həmsədrlər mayın sonunda gəlir

21.05.2019  13:54 

Sabahın hava proqnozu açıqlanıb

21.05.2019  13:21 

Yeniyetmə oğurluğa görə tutuldu

21.05.2019  12:46 

Bu rüsumlar artırılır - Siyahı

21.05.2019  10:21 

2 mərtəbəli ev külə döndü

21.05.2019  09:54 

Atəşkəs 20 dəfə pozulub

21.05.2019  08:46 

Ukraynanın baş naziri istefa verdi

20.05.2019  19:34 

Evində meyiti tapıldı

20.05.2019  18:11 

Məzənnə dəyişmədi


BÜTÜN XƏBƏRLƏR +