İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.04.2019  16:57 

345 sahibkarın malı “Diqlas”ın anbarından çıxarılıb





A+  A-

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb. Ümumilikdə 345 sahibkarın malı ticarət mərkəzindən çıxarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar.

Bununla yanaşı, zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 373 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 836 min manat məbləğində maddi yardım köçürülüb.

Qeyd edək ki, maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 9-dur. Belə ki, “Aqromall” ticarət mərkəzi də zərər çəkmiş sahibkarlara dəstək tədbirlərinə qoşulmaq təşəbbüsü ilə çıxış edərək, 15 min kv. metr ticarət sahəsində müvafiq yerlər təklif edir. Bununla da, hazırda zərər çəkmiş sahibkarlara Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində ümumi sahəsi 45 min kv.m-dən çox olan ticarət obyektləri təklif olunur.

Sahibkarlara maddi yardım göstərilməsi və onların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Xəbər 980 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +