Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


12.04.2019  15:43 

Problemli kreditlərlə bağlı ödənişlər bu tarixdən başlayır — AÇIQLAMA





A+  A-

Hazırda problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla fiziki şəxs ona hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə bilir. Lakin hazırda məlumatların portala inteqrasiyası getdiyindən heç də hər kəs ona çatacaq kompensasiya ödənişi barədə məlumat əldə edə bilmir. Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilir.
Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) XəzərNews.az-a verilən məlumata görə, aprelin 15-dək kompensasiya alacaq vətəndaşlar barədə məlumatlar tam olaraq sistemə inteqrasiya olunacaq.

Problemli kreditlərlə bağlı kompensasiya və restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

Xəbər 1342 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +