“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


12.04.2019  11:58 

Evimizdəki dəhşətli ölüm təhlükəsi – Hər gün istifadə edirik





A+  A-

Trans yağlarla qidalanan insanlarda infarkt riski 3 dəfə daha yüksəkdir. Bu, gənc yaşda ölümə yol açan ən əsas səbəblərdəndir.
XəzərNews.az xəbər verir ki, trans yağların ən zərərli təsiri orqanizmdəki yağ balansını pozaraq LDL adlanan “pis xolesterol” səviyyəsini artırmasıdır. “Yaxşı xolesterol” səviyyəsinin azalması ən əsas ürək-damar sağlamlığına mənfi təsir edir.

Elmi araşdırmalar nəticəsində məlum olub ki, trans yağ səviyyəsi yüksək olan insanlarda infarkt keçirmə riski 3 dəfəyə qədər artır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır. Ürək xəstəliklərindən əlavə, piylənmə, qaraciyər yağlanması, metobolik sindrom, diabet, altsheymer, parkinson kimi nevroloji xəstəliklərə, hamiləlik zamanı düşük riskinə, sonsuzluğa, hətta süd vəzi, bağırsaq xərçənginə səbəb olur.

Əsasən də hazır kartof qızartması, biskvit, kreker, şokolad kimi qidaların tərkibində trans yağların miqdarı çoxdur. Bir çox marqarin növlərində, “fast food” qidalarda trans yağlarının miqdarı normadan çoxdur.

Dünyadakı sağlamlıq təşkilatları insanlara bu cür qidalardan mümkün qədər az istifadə etməyi məsləhət bilirlər.

Trans yağların zərərli təsirinə məruz qalmamaq üçün isə qidaları sobada bişirərək və ya suda qaynadaraq yemək məsləhətdir. Həmçinin də marqarin yerinə zeytun və kərə yağına üstünlük verilməlidir.

Xəbər 1260 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +