“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


05.04.2019  16:09 

Bu məlumatlar sərnişinlərdən alınacaq





A+  A-

Şəhər nəqliyyatını hər kəs üçün daha rahat və əlçatan etmək, sərnişinlərə təhlükəsiz və keyfiyyətli xidmətlərin göstərilməsinə nail olmaq üçün tədbirlər davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərNews.az-a verilən məlumata görə, müntəzəm marşrut xətlərinin optimallaşdırılması, eləcə də yeni xətlərin təşkilində sərnişin axınının əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi şəhər nəqliyyatı üçün ilk olan layihənin icrasına başlayıb.

Sərnişin axınının öyrənilməsinə dair məlumatlar elə sərnişinlərin özlərindən alınacaq. Məqsəd, paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır. Layihənin həyata keçirilməsində əsas dəstəkçilərimiz isə könüllülərdir.

Belə ki, "Bir" Tələbə-Könüllü proqramının könüllülərinin dəstəyi ilə sərnişinlər arasında sosial sorğu keçiriləcək.

Aprelin 8-dən başlayacaq sorğu 77 gün davam edəcək. Şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və insanların daha çox toplaşdığı məkanlarda könüllülər gedilən istiqamətlər, istifadə edilən dayanacaqlar, bir məntəqədən digərinə səfər edilərkən sərf olunan zaman və digər bu tipli məlumatlar öyrənmək məqsədi ilə sərnişinlərə müraciət edəcəklər. Sorğu həmçinin, onlayn qaydada da aparılacaqdır.

Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı, həmçinin, ictimai nəqliyyatın inkişafı üzrə layihələrin hazırlanmasında istifadə ediləcək.

Xəbər 1463 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +