Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


05.04.2019  11:09 

“Rüşvət istəyirlər, süründürməçilik edirlər” - Deputatdan sərt AÇIQLAMA





A+  A-

“Bu islahatlar davamlı olacaq. Çünki cənab prezidentin cəmiyyətə mesajı ondan ibarət oldu ki, islahatlar davamlı olacaq. İslahatlarda da əsas məqsəd şəffaflığı təmin etmək, korrupsiyanı aradan qaldırmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Əsas bu 3 məsələdən söhbət gedir”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı Fərmanı şərh edərkən deyib.

Deputat bildirib ki, bir müddət əvvəl sosial müavinətlər, bank sistemi ilə bağlı bir neçə sənəd imzalanıb. İndi isə məhkəmə-hüquq sistemi ilə bağlı Fərman verilib.

“Bu, inqilabi Fərmandır. Çünki Azərbaycanda ən çox şikayət olunan sahə məhkəmə sistemidir. Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur. Fərmanda məhkəmələrin müstəqilliyini təmin etmək üçün bütün göstərişlər verilib. Məhkəmənin sosial vəziyyətinin yaxşılaşdırılması barədə maddə var. Bütün bunlar ondan ötrüdür ki, məhkəmələr artıq Azərbaycanda dönməz prosesin getdiyini başa düşsün. Bu prosesi idarə edən cənab prezidentdir”.

Vahid Əhmədov vurğulayıb ki, hər hansı bir məhkəmə, yaxud da istər yuxarı, istərsə də aşağı instansiya olsun, müəyyən addımlar atacaqsa, cəzalandırılacaq:

“Əsas o təşkilatlara tapşırıq verilir ki, faktiki olaraq məhkəmələri bu günə salıblar. Hesab edirəm ki, məhkəmələr tam sərbəst olmalıdır. Heç kimin tabeliyində olmamalı, ayrıca qurum olmalıdır. Bütün dünyada olduğu kimi, qərarları da sərbəst qəbul etməlidirlər. Heç kimə də qulaq asmamalıdırlar. Azərbaycan dövlətinin qanunlarına, Mülki Məcəllə, İnzibati Məcəllə və digər qanunlara uyğun olaraq qərarlar verməlidirlər. Əgər insanın cəzası varsa çəkməlidir. Bu da tam şəffaf olmalıdır. Cənab prezident qeyd edib ki, audio yazılar aparılmalı, çəkilişə icazə verilməlidir. Başa düşürəm ki, hərbi və dövlət sirri olan məsələlər var ki, onlar qapalı keçirilə bilər. Ancaq qalan məhkəmələr açıq keçirilməlidir.

Həmçinin, sahibkarları məhkəmələr çox incidirlər. Bu da problemdir. Minlərlə şikayəti məhkəmələrə göndəririk. Proses çox ciddidir”.

Milli Məclisin deputatı media sahəsində də islahatların aparılmalı olduğunu qeyd edib:

“Eyni zamanda, media sistemində də islahatlara başlamaq lazımdır. Millət vəkili olaraq deyə bilərəm ki, media sistemi bizi qane etmir. Çünki media sistemində yalnız birtərəfli işıqlandırma aparırıq. Fikir ayrılıqları olsa da, insanlar üçün şərait yaratmaq lazımdır ki, televiziyalarda, qəzetlərdə, internet saytlarında öz sözlərini desinlər. Bu məsələlər də gündəmdə var və öz həlini tapmalıdır. İslahatlar birtərəfli aparıla bilməz. Paralel aparılmalıdır ki, müəyyən nəticəyə sahib ola bilək”.

Xəbər 1494 dəfə oxunub.



28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +