Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


03.04.2019  17:46 

“Anar qorxdu, mənə kömək etmədi” - Musa Yaqub





A+  A-

Son vaxtlar ağır xəstəlikdən əziyyət çəkən, tanınmış Azərbaycan şairi, sabiq deputat Musa Yaqub səhhəti, AYB ilə münasibətləri ilə bağlı BakuPost.az-a qısa müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Musa müəllim, bir il xəstə yatağında yatdınız. Belə bir hiss yaşadınızmı ki, bu da son, ömür bitdi?

- Yox, imkanım olmadı onu düşünməyə. Ömürün bitməsindən qorxmamışam heç vaxt. Amma çox əziyyət çəkirəm. Səsim çıxmır, ayağım qalxmır ki, yeriyəm.

- Axırıncı dəfə nə vaxt şeir yazmısız?

- 3-4 gün bundan qabaq.

- Mövzu nə idi?

- Evin içində oturub evə tələsirdim. Bütün otaqları axtardım, yoldaşımı tapmadım. Yəni məhəbbət mövzusu.

- Zəlimxan Yaqub, Qəmbər Şəmşiroğlu ilə dost idiniz, get-gəliniz var idi. Onlar Allahın rəhmətinə qovuşub. Övladları yanınıza gəlirmi, kefinizi soruşurmu?

- Yox, nə Bəhlul, nə də Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili – red.) yanıma gəlməyib. Cavidlə ruh yaxınlığımız var, onun da həyat yoldaşı rəhmətə gedib. Ancaq gərək, onlar mənimlə əlaqə saxlayaydılar.

- Xəstə yatağında yatdığınız zaman müalicənizə Azərbaycan Yazıçılar Birliyi, birliyin sədri, xalq yazıçısı Anar dəstək oldumu?

- Yox, mən özüm də müraciət etdim, amma etmədilər. Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi. Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər.

- Sabah durub eşitsəniz ki, sizə "Xalq şairi” adı verilib, nə edərsiz?

- Mən daha Xalq şairi adını istəmirəm. Versələr də götürmərəm. Sabah-birigün ölürəm, indi neynirəm o adı?

Şair körəlir və bu şeirini deyir:

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

- Bir də görürsən ki, hansısa ortabab şairə fəxri ad da verirlər, hətta maşın da hədiyyə edirlər... Sizə necə?

- Onlara maşın verirlərsə, mənə də təyyarə düşür. (gülür)

Xəbər 3010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +