02.04.2019  20:17 

Pakistan-Hindistan sərhədi yenidən qarışdı - 7 ölü, 23 yaralı





A+  A-

Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir nəzarət xəttində yenidən gərginlik yaranıb.
XəzərNews.az TRT-yə istinadən xəbər verir ki, iki ölkənin hərbiçiləri arasındakı atışmada 7 əsgər ölüb. İtkilərdən 3-ü Hindistan, 4-ü isə Pakistan tərəfindədir.

Məlumata görə, 18-i dinc sakin və 5-i də əsgər olmaqla ümumilikdə 23 nəfər də yaralanıb.

Hər iki ölkənin Müdafiə Nazirlikləri bir-birini günahlandırıb.

Xatırladaq ki, fevralda Hindistan və Pakistan arasındak gərginlik pik nöqtəyə çatmışdı. Hər iki tərəfin təyyarələri vurmuş, diplomatik münasibətlər dayandırılmışdı.

Xəbər 1398 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +