İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


01.04.2019  14:43 

Azərbaycan MN: “Ermənistanın müdafiə naziri ABŞ-da pul dilənir”





A+  A-

Ermənistan tərəfi öz əlaltılarını ortaya atmaqla onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir.
Bunu XəzərNews.az-ın sorğusuna cavabında Ermənistan mətbuatında guya Azərbaycan Ordusunda neqativ halların mövcud olması ilə bağlı yayılan məlumatı şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Ermənistan ordusunda daim baş verən neqativ halların, o cümlədən hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin geniş yayılması, qeyri-döyüş itkilərinin sayının durmadan artması, ordunun zəif təminatı və təchizatı, ən yüksək vəzifəli generalından tutmuş əlahiddə bölmənin tağım komandirinədək bütün hərbi qulluqçuların rüşvətxorluğa bulaşması, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın da etiraf etdiyi kimi, ordunun kriminal qaydalarla idarə olunması faktlarını beynəlxalq ictimaiyyətdən və erməni əhalisindən gizlətmək və diqqəti yayındırmaq məqsədilə bu ölkənin hərbi rəhbərliyi Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır:

"Vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb. Ermənistan tərəfi öz əlaltılarını, ölkəmizdən xaricdə yaşayan bəzi üzdəniraq “hərbi ekspertlər”in qərəzli və həqiqətə uyğun olmayan çıxışlarına istinadən Azərbaycan əsgəri, Ordumuzda həyata keçirilən islahatlar, o cümlədən ali rütbəli hərbi qulluqçularımız barədə qarayaxma kampaniyasını aktivləşdirməklə onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir".

V.Dərgahlı vurğulayıb ki, heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin formalaşdırılmasına cəhd etməkdir:

"Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk. Məlumdur ki, xalq ilə ordu arasında qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin ən əyani nümunəsi müdafiə nazirinin tapşırığına əsasən Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində keçirilən “Açıq qapı” günüdür. Yerli icra hakimiyyəti orqanları, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri, əsgər valideynləri və yaxınları hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə tanış olurlar. Bu görüşlərdə qonaqlara Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində Ordumuzun silahlanmasına daxil edilən ən müasir silah və hərbi texnika nümayiş etdirilir. Burada iştirak edən vətəndaşlar yaradılmış şəraitə görə hər zaman Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirirlər".

O əlavə edib ki, bütün bunlar heç şübhəsiz, düşmənlərimizi, o cümlədən onlara bu işlərdə yaxından yardımçı olan üzdəniraq “hərbi ekspertlər”i qıcıqlandırır və onlar əlacsızlıqdan belə qərəzli və iftira xarakterli məlumatlar yaymaqla nəyəsə nail olacaqlarına ümid edirlər. Lakin onların bu ümidləri hər zaman olduğu kimi, bu dəfə də boşa çıxacaq.

Xəbər 1140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +