Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Əliyevdən İrəvana tarixi zərbə
Əli Əsədov İrana getdi
Ukrayna dronları Belqorodu vurdu
Rusiya 174 təşkilatı terrorçu siyahısına əlavə etdi
Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa edildi
Keyt Kelloq Ukraynaya gedir
Nazirlik əməkdaşı intihar etdi
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
Zelenski Əbu-Dabidə...


07.03.2019  17:10 

Rəsmi Bakıdan Rusiyaya ETİRAZ





A+  A-

“KİV-in yaydığı məlumata əsasən, cari ilin 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan “Lazarev klubu”nun ikinci iclası keçirilib. Orada tədbir iştirakçılarına Rusiya Federasiyası Prezidentinin salamlama müraciətini çatdıran RF Prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini K.Zatulinin timsalında RF-nin icra və qanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak ediblər”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Xatırlatmaq istərdik ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan Respublikasının XİN-i Rusiya Federasiyasının XİN-ə öz narazılığı və hiddətini bildirdi.

“Lazarev klubu”nun ikinci iclası ərəfəsində KİV müxbirinin indiki iclasa da Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair Rusiya XİN-in mövqeyi barədə sualına cavab olaraq Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, Rusiya dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir.

Bununla bağlı Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir. Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, “həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 24 mart 1992-ci il tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən, Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar.

Növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırırıq. Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edildi ki, tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır”, deyə XİN rəsmisi əlavə edib.

Xəbər 1614 dəfə oxunub.



18.02.2025  10:00 

XİN Qambiyanı təbrik etdi

17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə

17.02.2025  19:04 

Ölüm, gəl, tanış olaq!

17.02.2025  18:44 

Əli Əsədov İrana getdi

17.02.2025  18:25 

Ukrayna dronları Belqorodu vurdu

17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir

17.02.2025  17:07 

Nazirlik əməkdaşı intihar etdi

17.02.2025  16:33 

Zelenski Əbu-Dabidə...

17.02.2025  15:28 

İranlı spiker Bakıya GƏLİR

17.02.2025  15:18 

“Fedya” vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +