Azərbaycanda “WhatsApp“ çökdü
MSK onun şikayətini təmin etmədi
Sabah hava necə olacaq?
Amerikalı alimdən uzunömürlülük sirri
Şimali Koreyada XİN başçısı dəyişdi
“Süleymani ölkəmiz haqqında pis danışırdı”
Yunanıstan sahillərində güclü zəlzələ olub
Makqreqor 40 saniyəyə qalib oldu
Bakıda qaçırılan avtomobil tapıldı
“Neftçi” Bordini istefaya göndərdi


07.03.2019  14:26 

Bakıda yüzminlərlə insanı kimlər zəhərləyir? – Dövlət Agentliyi susur





A+  A-

Xəbər verdiyimiz kimi, Bakıda marketlərdə Vyetnamdan idxal edilən və sağlamlıq üçün olduqca təhlükəli balıqlar satılır. Panqasius və ya basa balığı adlanan bu balıq növünün tərkibindəki kimyəvi maddələr, bakteriyalar, hormonlar və ağır metallar sağlamlıq üçün çox təhlükəlidir.
Sözügedən balıq əsasən Vyetnamda yerləşən və dünyadakı ən çirkli çaylardan biri sayılan Mekonq çayında yetişdirilir. Bu çaya kimyəvi zavodların tullantıları, kanalizasiya suları və s. axıdılır. Sahibkarlar isə yetişdirdikləri balıqları süni, geni dəyişdirilmiş qidalarla qidalandırırlar.

Panqasius balığı dünyanın bir çox kasıb ölkələrinə ixrac edilən çox ucuz balıq növüdür. İnsanlar onun sağlamlılq üçün təhlükəsindən bixəbər halda istifadə edirlər.

Maraqlıdır ki, balığın dondurulması zamanı da Mekonq çayının suyundan istifadə edilir. Balıqların tez böyüməsi üçün Çindən gətirilən hormonlardan istifadə edilir.

Araşdırmalar göstərir ki, bu balığın istifadəsi qaraciyər çatışmazlığına, qan xəstəliklərinə daxili orqanların iflasına gətirib çıxarır.

Bəs bu balıqlar Azərbaycana necə və niyə gətirilir? Əhalini zəhərləyən kimlərdir?

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı qida üzrə ekspert Eyyub Hüseynov Medicina.az-a bildirib ki, həqiqətən də ölkəmizə Vyetnamdan balıq idxal edilməsi barədə onda məlumat var: "Məlumatımıza görə, bu balıqlar Vyetmanda ekoloji cəhətdən çirkli sularda yetişdirilən balıqlardır. Bu bərədə Vyetman təşkilatları ilə söhbətlər etmişik. Lakin onlar bildirirlər ki, biz balıqlara dair qida təhlükəsizlik sertifikatı veririk. Bu balıqlar yoxlanmadan keçərək, başqa ölkələrə ixrac edilir. Amma buna baxmayaraq, Vyetnamdan gələn bu balıqlar əhalidə haqlı şübhə doğurur”.



E.Hüseynov fikrincə Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə münasibət bildirməli, ya bu balıqların zəhərləri olmadığını açıqlamalı, ya da bu zəhərli balıqları ölkəyə gətirənləri cəzalandırmalıdır: "Bu cür balıqlar yoxlanılan zaman çox təəssüf ki, yalnız onun bakterioloji standartlara uyğun gəlib-gəlmədiyi yoxlanılır. Bundan əlavə, bəzi ağır metalları təyin edirlər. Amma bu yoxlama geniş şəkildə aparılmadığına görə, sözü gedən balıq məhsulunun sağlamlığa daha hansı zərərləri vura biləcəyi aşkarlanmayıb. Amma bu məsələ ciddiyə alınaraq daha ətraflı şəkildə araşdırılmalıdır.”

Qida Təhlükəsizliyi Agentliyinə mövzu ilə bağlı sorğu ünvanlansa və dəfələrə əlaqə yaratmağa çalışsaq da, qurum Bakıda satılan zəhərli balıqlarla bağlı münasibət bildirməkdən boyun qaçırıb və səssizliyini qoruyub.

Xəbər 1052 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.01.2020  16:34 

MSK onun şikayətini təmin etmədi

19.01.2020  14:48 

Sabah hava necə olacaq?

19.01.2020  11:54 

Makqreqor 40 saniyəyə qalib oldu

18.01.2020  13:50 

Sabah yağış yağacaq

18.01.2020  11:09 

Bələdiyyə binasında yanğın

18.01.2020  10:45 

Süpürgəçini maşın vurdu

18.01.2020  10:21 

Atəşkəs yenə pozuldu

18.01.2020  10:08 

Xoruz adam öldürdü


BÜTÜN XƏBƏRLƏR +