“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


06.03.2019  10:43 

“Səsimizi çıxaranda deyirlər ki, efirə, konsertə həsrət qalacaqsız”





A+  A-

“Əziz prezidentim, görkəmli incəsənət xadimlərimizlə sonuncu görüşünüz, yaşanan problemlər və onların aradan qaldırılması yolunda gördüyünüz işlər ürəkaçan və təqdirəlayiqdir. Ümid edirəm ki, gələn görüşdə mənə də imkan yaranar, mən də milli estrada sahəsi və bu sahədə fəaliyyət göstərən müğənnilərin yaşadıqları problemlər barədə sizə danışaram”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə paylaşıb. Müğənni milli estrada sahəsində yaranan problemləri sadalayıb:

“Təəssüf ki, biz sənətçilər etdiyimiz çıxışlara və iştirak etdiyimiz konsertlərə görə heç bir qonorar almırıq (solisti olduğum AzTV istisnadır). İstər televiziya, istər radio, istər Bakı, istərsə də rayonlarda açıq hava və qapalı konsertlərdən… Halbuki, bu çıxışlara görə bizə az da olsa qonorar yazılır. Kimlərin cibinə və harasa gedən bu pullar haqda kimsə nəsə bilsə də, heç kəs heç nə deyə bilmir.

Səsimizi çıxarıb bir söz deyəndə, dediklərindən belə çıxır ki, hələ minnətimiz olsun ki, bizi efirlərə, konsertlərə buraxırlar. Yoxsa efirlərə qadağa qoyarlar, konsertlərə həsrət qalarıq. Əsl yaradıcılığı olan sənətçi efir vaxtını səmərəli şəkildə doldurduğu üçün qonorar almalıdır. Bunu hər kəs bilir, sadəcə heç bir sənətçi indiyədək açıq şəkildə danışmayıb. Bu gün bunu mən deyirəm, biz sənətçilər toyun ümidi ilə yaşamamalıyıq.

Biz öz sənətimizlə az da olsa, zəhmətimizlə haqqımıza çatanı tələb edirik, başqasının zəhmətində isə gözümüz yoxdur. Axı sənətçi başqa sənətlə məşğul ola bilmir. Məgər bütün müğənnilər toya gedib pul qazana bilir? Qazananlar da bir külfət ailə dolandırır. Bu gün milli estrada sahəsində də bu cür çirkin oyunlar oynanılır.

Cənab prezident, vitse-prezident! Sizin ölkəmiz naminə gördüyünüz hər bir uğurlu iş bizim gələcəyimiz üçündür. Bunu anlayır və sizi dəstəkləyirik. Ümid edirik ki, sadaladığımız bu problemlər sizin nəzərinizdən qaçmayacaq, digər incəsənət məsələləri kimi bunun da həlli sizin sayənizdə yolunu tapacaq”.

Xəbər 1563 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +