Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.02.2019  17:29 

Beynəlxalq Bank vasitəsilə ölkədən 356 milyon çıxarılıb





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər dindirilib.

Məhkəmədə elan olunub ki, bir gün ərzində “AGbank”ın Xətai filialından 10 milyon manat pul köçürülüb.

Şahid Kənan Orucov ifadə verərək deyib ki, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirləndirilib və şərti cəza alıb.

İttihama görə, 2013-2015-ci illər arasında Beynəlxalq Bankdan R.Vəliyevin adına olan 5 şirkət vasitəsi ilə ölkədən xarici bank hesablarına 356 milyon dollardan çox pul köçürülüb.

2003-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialının rəhbəri işləyən K.Orucov qeyd edib ki, təqsirləndirilən şəxsləri tanımır: “Bankda bir neçə firma əməliyyat aparıb. Konkret bu şəxslərin banka pul gətirdiklərini xatırlamıram”.

Rüfət Vəliyev deyib ki, Beynəlxalq Banka pulu nağd şəkildə aparıb, kassaya təhvil verib.

Proses martın 6-da davam etdiriləcək.

Xəbər 3313 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +