200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.02.2019  14:21 

“Cəhənnəmi görmüş pilot” filmi ukraynalı tələbələrin marağına səbəb olub – Fotolar





A+  A-

Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevdə Kadrların Təhsili və İnkişafı İnstitutu – KROK-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
XəzərNews.az xəbər verir ki, ali təhsil ocağının akt zalında baş tutan tədbirin ərsəyə gəlməsində universitetin Tələbə Şurası və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Müzəffər Abbasov xüsusi fəallıq göstərib.

Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və təşkilatın sədr müavinin Elşad İbrahimov çıxış edib. Hər iki natiq Xocalı soyqırımı və bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlardan, diaspor təşkilatlarının qarşısına qoyulan vəzifələrdən danışıblar.

Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən hazırlanan “Cəhənnəmi görmüş pilot” sənədli filmi nümayiş etdirilib. Film ukraynalı tələbələrin marağına səbəb olub.

Qeyd edək ki, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı ötən il Ukraynanın Borispol Hava Limanında Xocalı soyqırımından bəhs edən və Ukrayna dilində çap olunmuş bukletlər, kitablar paylayıb və əhalinin maarifləndirməsində yardımçı olub.









Xəbər 1407 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +