Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.02.2019  13:11 

Bank əmanətlərinin sayı məlum oldu - ŞOK RƏQƏM





A+  A-

Azərbaycanda bank əmanətlərin sayı açıqlanıb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycan banklarında ümumilikdə 7 milyon 400 min əmanət var.

Paralel olaraq, bu rəqəmi həm də əmanətçilərin sayı kimi də qəbul edə bilərik. Belədə 7 milyon 400 min rəqəmi ölkə əhalisin ilə nisbətdə çox böyük görünə bilər. Amma bir nəfərin bir neçə bankda əmanətinin olduğunu nəzərə alsaq, onda həmin şəxsin bir neçə yerdə ayrıca əmanətçi olaraq qeydə alındığını söyləyə bilərik. Bu da təbii olaraq əmanətçi sayının xeyli yüksəlməsini rəsmiləşdirib.

Hadi Rəcəbli deyir ki, 7 milyon 400 min əmanət sayı ölkə əhalisinin 74 faizini təşkil edir:

“Bildiyimiz kimi, bu yaxınlarda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edildi və Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il – 2020-ci ilin martın 4-nə qədər artırıldı. Hesab edirəm ki, həmin müddətin uzadılması bankların fəaliyyətlərinin tənzimlənməsi baxımından da faydalı bir məsələdir. Bu müddətin uzadılmasına görə də ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Milli Məclisin fevralın 19-da keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə görə, vətəndaşların banklarda saxlanılan əmanətlərinin tam sığortalanması müddəti 2020-ci il martın 4-dək uzadılıb.

Xəbər 3005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +