Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.02.2019  13:43 

Ruhani Cavad Zərifin istefasını qəbul etmədi





A+  A-

İran parlamenti üzvlərinin əksəriyyəti Prezident Həsən Ruhaniyə məktub yazaraq Cavad Zərifi xarici işlər naziri postunda saxlamağı xahiş edib.
XəzərNews.az xəbər verir ki. bu barədə İran mətbuatı yazıb.

Cavad Zərif fevralın 25-də özünün “Instagram” səhifəsində istefa verəcəyi barədə məlumat yayıb. O, vəzifəsini davam etdirmək iqtidarında olmadığını bildirib və xidməti zamanı buraxdığı səhvlərə görə üzr istəyib.

Fars agentliyinin yaydığı digər xəbərə görə, Zərif bu addımı ölkə prezidentinin dəftərxanası ilə fikir ayrılığı səbəbindən atıb. Belə ki, nazir bu ərəfədə Suriya Prezidenti Bəşər Əsədin Tehrana səfəri barədə məlumatlandırılmayıb. Bazar ertəsi günü Bəşər Əsəd Tehrana səfər edib və İran İslam Respublikasının dini lideri Əli Xameneyi ilə görüşüb.

Artıq İran prezidenti Həsən Ruhaninin məsələyə reaksiyası bəlli olub. Belə ki, o, Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi sosial şəbəkə vasitəsilə verdiyi açıqlamada deyib.

Bildirib ki, Cavad Zərifin istefasının Ruhani tərəfindən qəbul edilməsi ilə bağlı yayılan iddialar həqiqətə uyğun deyil.

Xatırladaq ki, Cavad Zərif xarici işlər naziri postuna 2013-cü ilin avqustunda təyin olunub və onun xidmətləri siyahısında İranın nüvə proqramı üzrə sazişin imzalanması da var.

Xəbər 2933 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +