20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır


26.02.2019  11:26 

“Brexit” baş tutsa, 15 nazir istefa verəcək





A+  A-

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa Birliyi ilə razılaşma olmadan “Brexit”in (İngiltərənin Avropa Birliyindən çıxması) baş tutacağı təqdirdə, nazirlərin kütləvi üsyanı ilə qarşılaşa bilər.
XəzərNews.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 15 nazir istefaya getməyi düşünür.

Nəşrin məlumatına görə, fevralın 25-də 23 ingilis rəsmi “Brexit”in necə dayandırılacağını müzakirə etmək üçün gizli görüş keçirib. Britaniya parlamentinin üzvləri Tereza Meyi “Brexit”i təxirə salmağa sövq etmək üçün onunla danışıqlara gedəcəklər.

Rəsmilər arasında biznes üzrə nazir Qreq Klark, ədliyyə naziri Devid Qauke, əmək və pensiya naziri Ember Radda da var.

Qeyd edək ki, “Brexit” bu il martın 29-na planlaşdırılıb. “The Guardian” nəşri avropalı diplomatlara istinadən Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Böyük Britaniyanın Avropa Birliyindən çıxması prosesini 2021-ci ilə qədər təxirə salmağı planlaşdırdıqlarını yazıb.

Xəbər 1368 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +