Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


13.02.2019  19:27 

Su Polisi balıq ovlayan brakonyerləri yaxalayıb





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin (XPM) 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi reyd zamanı “Qırmızı kitab”a düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan bir neçə brokoner yaxalanıb.
Su Nəqliyyatında Polis İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən biri Saatlı şəhər Babək küçəsində yaşayan Nizam Əliyevdir. Qanunsuz balıq ovu ilə məşğul olarkən saxlanılan şəxsdən 43 ədəd durna balığı, 24 ədəd daban balığı, 1 ədəd akkumlyator, 1 ədəd elektrik artırma cihazı (balıq ovlama ləvazimatı), 1 ədəd fonar, 1 ədəd rezin qayıq və digər əşyalar götürülərək Su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.

Saxlanılan şəxs Nizam Əliyev tutduğu əməldən peşimançılığını bildirərək bir daha belə hallara yol verməyəcəyinə dair söz verib.

Su Polisi bu yolla tutulan balıqların insan sağlamlığına ciddi zərər vurduğunu bildirərək, qanunsuz balıq ovu ilə məşğul olan Nizam Əliyevə bu işi qanuni yolla həyata keçirməyi tövsiyə edib.

İmişli Xətt Polis Məntəqəsinin 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin birgə keçirdiyi reyd zamanı qanunsuz ov etdiyinə görə Saatlı rayonu Soltanabad kənd sakini Şəhriyar Əsgərov adlı şəxs saxlanılıb. Saxlanılan şəxsdən baxış zamanı “Qırmızı kitab”a düşmüş iki ədəd bərzək quşu, bir ədəd ov silahı və bir ədəd patron götürülüb.

Keçirilən əməliyyat zamanı saxlanılan digər şəxs Tovuz rayonunun Girzan kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Qələndər Yusif oğludur. Qeyd olunan şəxs qüstar üsulla (gərginlik artıran cihazla) qanunsuz olaraq balıq ovlayarkən saxlanılıb. Saxlanılan şəxs Qələndər Məmmədovdan 110 ədəd qara balıq götürülüb. Qanunsuz balıq ovlayarkən saxlanılan şəxs etiraf edib ki, su polislərinin gəldiyini görüb “domça” adlandırılan balıqovlama vasitəsini suya atıb. Su Polisinin reydə iştirak edən əməkdaşları saxlanılan şəxsin 6 ay əvvəl də qanunsuz balıq tutma səbəbindən saxlanılıb. Bu dəfə Qələndər Məmmədov bir daha qanunsuz yolla balıq tutmayacağına dair söz verib.

Qeyd edək ki, su polisi mütəmadi olaraq Su Nəqliyyatında Polis İdarəsinin xidməti ərazilərində regional reydlər keçirəcək və balıqları antisanitariya şəraitində hisə verərək əhalini zəhərləyən, eləcə də insan sağlamlığına ciddi fəsadlar yetirən elektrik avadanlığı ilə balıq ovlayan və “Qırmızı kitab”a düşmüş quşları ovlayanlara, balıq qumlarının daşınmasının qarşısını almaq naminə ciddi tədbirlər görür. Bununla yanaşı, su polisləri Mingəçevirdə krevetkaların kütləvi şəkildə qanunsuz olaraq tutanlara qarşı da mübarizə aparır və bu reydlər davam etdiriləcək.

Dəfələrlə su polisinin əməkdaşları bu əməlləri törədənlərlə profilaktik və maarifləndirici söhbətlər aparıb, belə halların yolverilməz olduğunu onlara izah ediblər.

Xəbər 1028 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +