Evdən 14 min pul oğurladı
Suraxanıda 50 şam ağacı yandı
Yol Polisindən sürücülərə müraciət
Kaliforniyada qatar relsdən çıxdı, xeyli yaralı var
Kürdəxanıdakı qəzada sürücü öldü
Südçülük Sovxozunda bıçaqlanma
Fransa Azərbaycana yeni səfir təyin etdi
Sabah 40 dərəcə isti olacaq
Sürücülərin diqqətinə
DİM abituriyentlərə müraciət edib


12.02.2019  11:46 

DTX İkram Rəhimovun hədə-qorxu ilə pul aldığı şəxslərin adlarını açıqladı - SİYAHI





A+  A-

Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.
XəzərNews.az DTX-ya istinadən bildirir ki, bununla belə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir: ""Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.

İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək”.

Xəbər 775 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2019  18:11 

Evdən 14 min pul oğurladı

23.08.2019  17:54 

Suraxanıda 50 şam ağacı yandı

23.08.2019  15:11 

Südçülük Sovxozunda bıçaqlanma

23.08.2019  13:11 

Sabah 40 dərəcə isti olacaq

23.08.2019  12:58 

“Mercedes” qaçırdı, tutuldu

23.08.2019  12:09 

Sürücülərin diqqətinə

23.08.2019  11:21 

İranda 13 alpinist itkin düşüb

23.08.2019  10:08 

İranda 2 deputat həbs olundu

23.08.2019  09:32 

Bu rayonlarda qaz olmayacaq

22.08.2019  18:49 

Məzənnə dəyişmədi

22.08.2019  17:43 

20 minlik təkər oğurladılar

22.08.2019  17:09 

Azarkeşlər istədi, istefaya getdi


BÜTÜN XƏBƏRLƏR +