AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


08.02.2019  16:21 

“Axı hərbçiyə belə münasibət göstərmək olmaz” - Hərbi Polis İdarəsinin sabiq rəisi





A+  A-

Rövşən Məhərrəmov: “Müdafiə Nazirliyi dediklərimi təkzib etsə, sahib olduğum bəzi məlumatları açıqlamalı, daha sərt şəkildə çıxış etməli olacağam”
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılır, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz və igid oğullarımıza güvənən xalq torpaqlarımızın işğal altından tezliklə azad ediləcəyinə bütün qəlbi ilə inanır.
Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, səfərbərlik və hərbi xidmətə çağırış sahəsində həyata keçirilən islahatlar və gənclərimizdə vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində aparılan siyasəti Silahlı Qüvvələrin Hərbi Polis İdarəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmovla müzakirə etdik. R.Məhərrəmovla səmimi söhbət əsasında ehtiyatda olan hərbçilərə münasibət və xüsusən də məişət problemlərindən danışdı.

Rövşən müəllim, son vaxtlar xeyli güclənən Azərbaycan Ordusu indi regionun ən güclüləri sırasındadır. Bu sahədə həyata keçirilən islahatları təcrübəli hərbçi kimi necə qiymətləndirirsiniz?

- Bu gün təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz sürətlə inkişaf edərək müstəqilliyimizin qarantına çevrilib. Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti dövlətlərarası münasibətlərin inkişafı ilə yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsinə istiqamətlənib. Mən əminəm ki, güclü ordumuz sayəsində biz tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik.

- Müharibə şəraitində yaşayan bir xalq olaraq bizim üçün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi də vacib amillərdəndir? Sizcə, bu məsələ ilə bağlı vəziyyət qənaətbəxşdirmi?

- Az əvvəl qeyd etdiyim kimi, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar ordularından biridir. Hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Əsgərlərimizdə döyüş ruhunun, gənclərimizdə vətənpərvərlik hissinin yüksək olması əsas amildir. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi. Düşmən tərəfi həmin döyüşlərdə böyük itkilər verdi. Bu, bir daha göstərdi ki, Ermənistanın silahlı qüvvələrinin durumu çox aşağı vəziyyətdədir və bu ordu döyüş tapşırıqlarını yerinə yetirməyə qadir deyil. Talış və Lələtəpə yüksəkliklərinin işğaldan geri alınması sayəsində ordumuzun Cəbrayıl-Füzuli və Tərtər-Ağdam istiqamətində mövqeləri əhəmiyyətli şəkildə möhkəmlənib.

- Bu yaxınlarda Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postları və müvafiq hərbi obyektlər Dövlət Sərhəd Xidmətinə təhvil verildi. Təcrübəli hərbçi kimi bu addımı necə dəyərləndirirsiniz?

- Təbii ki, Silahlı Qüvvələrin Ali Baş Koman¬danı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib və bu tapşırıq yüksək səviyyədə həyata keçirilib. Mən Azərbaycan Res¬pub¬likasının dövlət sərhədinin tam mühafizə altına götürülmə¬sinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunacağına əminəm. Sərhədçilər üçün bu ərazilər həm sərhəd, həm də səngər olacaq. Bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv¬lət Sər¬həd Xid¬mə¬tinin Sərhəd Qoşunları tərəfindən təşkil olun¬masını, həmin istiqa-mət¬də dövlət sərhədinin mühafizəsi sisteminin ya¬ra¬dıl¬ması məqsədilə həyata keçirilən işləri yüksək qiymətləndirirəm. Həmin ərazidə yerləşən hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunub, orada yüksək şəraitə malik döyüş poliqonları yaradılır.

- Rövşən müəllim gənclərimizdə vətənpərvəlik hissinin daha da gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?

- Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitindəyaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Gənclərə milli ruhun aşılanması körpə yaşlarından həyata keçirilməlidir. Bu işdə dövlətlə yanaşı, ailənin, uşaq bağçalarının, məktəblərin də üzərinə böyük məsuliyyət düşür. Təsadüfi deyil ki, orta məktəblərdə şagirdlərə ibtidai hərbi hazırlıq fənni tədris olunur.

- Sizcə, həmin dərsin tədrisi lazımı səviyyədə həyata keçirilirmi?

- Bir neçə il əvvəl həmin fənnin orta məktəblərdə tədrisi olduqca acınacaqlı halda idi. O zaman mən hələ vəzifədə idim. Yadımdadır, hətta mətbuat vasitəsilə Təhsil Nazirliyinə də müraciət etdim, bu dərslərin tədrisinə ehtiyatda olan zabitlərin cəlb edilməsini təklif etdim. Həqiqətən sonradan bu sahədə müəyyən işlər görüldü. Düzdür, müəllimlər indi də ibtidai hərbi hazırlıq dərslərini keçmək üçün əyani vəsaitlərin olmamasından gileylənirlər. Amma həmin fənnin tədrisinə artıq ehtiyatda olan zabitlər cəlb olunub. Bu, sevindirici haldır. Bu sahədə işləri davam etdirmək lazımdır. Ehtiyatda olan zabitlərimizlə, veteran hərbçilərimizlə gənclərin görüşlərini də təşkil etmək olar. Nə qədər geniş təbliğat aparılsa, gənclərimizdə vətənpərvərlik ruhu da bir o qədər yüksək olar.

- Bəlkə də elə bu işlərin müsbət nəticəsidir ki, indi ordudan yayınma hallarına demək olar ki rast gəlinmir.

- Bunun bir çox səbəbləri var. Əvvəla gənclərimizdə vətənpərvərlik ruhu yüksəlib. Üstəlik, indi xalqımız öz dövlətinə, ordusuna güvənir. Yaşı çatanda sevinə-sevinə böyük fəxrlə hərbi xidmətə yollanır. Nəhayət üçüncü səbəb Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ürəkaçan fəaliyyətidir. Bu dövlət qurumu gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmət keçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını ən yüksək səviyyədə həyata keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görüb. Xidmət tərəfindən mərkəzləşdirilmiş sistemin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər həyata keçirilir. İndi çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə internet və ya SMS vasitəsilə məlumat verilir. Bu, şəffaflığın ən yüksək səviyyəsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi ən böyük işlərdən biri də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin istər doğum, istərsə də ölüm günlərində yad edilməsidir. Həmin gün onların əziz xatirəsi ehtiramla yad edilir, ailələrinə baş çəkilir. Bu, artıq ənənə halını alıb və olduqca təqdirəlayiqdir.

- Rövşən müəllim, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində mühüm rol oynayan məsələlərdən biri də ehtiyatda olan zabitlərə dövlət qayğısının göstərilməsidir? Uzun illər mühüm hərbi vəzifələrdə çalışmış biri kimi Sizə qarşı olan diqqətdən razısınızmı?

- Tamamilə haqılısınız. Ümummilli lider Heydər Əliyevin ehtiyatda olan zabitlərə daim yüksək diqqət və qayğı göstərib. Bu işi uğurla davam etdirən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev hər zaman ehtiyatda olan zabitlərin problemləri ilə maraqlanır, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Sevindirici haldır ki, bəzi hallarda ehtiyatda olan zabitlər yenidən Silahlı Qüvvələrdə xidmətə çağırılır və yüksək vəzifələrə təyin edilirlər. Amma bəzən bizi narazı salan hallar da olur. Bir məqamı qeyd edəcəyəm. Bu yaxınlarda Ordumuzun 100 illiyi bütün ölkədə təntənəli şəkildə qeyd olundu. Bir çox hərbçilərə bu tarixi əlamətdar hadisə ilə bağlı təsis edilmiş medal təqdim olundu. Amma nədənsə Səfər Əbiyevin müdafiə naziri olduğu dönəmdə orduda xidmət etmiş hərbçilərimizə, o cümlədən də mənə bu medal verilmədi. Axı biz də bu orduda can qoymuşuq. Ordunun qurulmasında bizim də əməyimiz olub. İkinci Dünya müharibəsi o vaxt bitəndən sonra ehtiyata buraxılmış bütün əsgərlər, hərbçilər hər il əlamətdar günlərdə yubiley orden və medalları ilə təltif olunurdular. Bu, Azərbaycanda da belə olmalıdır. Əslində bu cür medallar ilk növbədə ehtiyatda olan təcrübəli hərbçilərə verilməlidir. Heç bizi tədbirlərə də dəvət etmirlər. Bizim gənc nəsllə bölüşməyə təcrübəmiz var, döyüş xatirələrimiz var. Narazı qalan təkcə mən deyiləm. Yüzlərlə hərbçi ordunun 100 illiyi ilə bağlı heç bir tədbirlərə dəvət almadıqları, medala layiq görülmədikləri üçün məyus olublar. Həmin zabitlərlə bir yerdə bu yaxınlarda cənab Prezidentə müraciət ünvanlayacaq və bu işə yenidən baxılmasını xahiş edəcəyik. Ola bilsin ki, mənim bu sözlərim çoxlarının xoşuna gəlməyəcək. Bəlkə də Müdafiə Nazirliyinin mətbuat xidməti dediklərimi təkzib edəcək. Amma bu halda mən mətbuatda sahib olduğum bəzi məlumatları açıqlamalı, daha sərt şəkildə çıxış etməli olacağam.

- Ehtiyatda olan, uzun illər orduda xidmət göstərən hərbçilərimizin, zabitlərimizin həllini gözlədiyiniz başqa hansı problemləri var?

- Hərbçi üçün ən böyük mükafat ona göstərilən diqqətdir. Bizim dövlətin qayğısına, cəmiyyətin diqqətinə ehtiyacımız var. Bu yaxınlarda ehtiyatda olan polkovnik yoldaşlarımızdan biri haqq dünyasına qovuşdu. Biz onu son mənzilə layiq olduğu kimi yola salmaq istəyirdik. Bildiyiniz kimi, hərbçinin cənazəsi üçün qarovul və dəfn zamanı əsgərlərin müşayəti mütləq şərtlərdən hesab olunur. Amma nədənsə fəxri qarovul tələbimiz cavabsız qaldı. Uzun illər Orduda xidmət etmiş həmin hərbçimiz sıradan bir vətəndaş kimi dəfn olundu. Hərbçilərin və əsgərlərin dəfn mərasimini təşkil etmək birbaşa Bakı şəhər Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin vəzifəsidir. Amma nədənsə onlar üzərilərinə düşən vəzifəni yerinə yetirmək istəmirlər. Mən üzümü Müdafiə Nazirliyinin rəhbərliyinə tutub bu işi nəzarətə götürməyi xahiş edirəm.
Yenə də qeyd edirəm, bizim tək istədiyiniz diqqət və qayğıdır. Axı niyə mən bu gün ehtiyatda olan hərbçi kimi səhhətimlə bağlı Müdafiə Nazirliyinin poliklinikasına müraciət edəndə mənə kömək etmirlər? Yüksək təzyiqlə həkimin otağına daxil olur, müalicə üçün hospitala yerləşdirilməyim üçün tibbi göndəriş istəyirəm, onlar isə mənə bundan ötrü poliklinika rəhbərliyindən xüsusi icazənin lazım olduğunu deyirlər. Bildirirlər ki, poliklinika rəhbərliyi hospitalla razılaşdırdıqdan sonra məni hospitala yerləşdirə bilərlər. Axı hərbçiyə belə münasibət göstərmək olmaz. Bütün bunları görəndə təbii ki, biz ruhdan düşürük. Belə xoşagəlməz hallar gənclərimizdə də vətənpərvərlik ruhunu sarsıdır. Biz buna yol verməməliyik. Bizim əsas hədəfimiz torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun gün-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.

Məmmədsan Həsənov


Xəbər 4911 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +