Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


05.02.2019  17:42 

Yeniləşməsək, yeniləcəyik





A+  A-

KİVDF-nin yeni şərtləri KİV-lərin yeni dövrün tələblərinə uyğunlaşmasını təmin edəcək
Media nəzəriyyəçiləri üçün trendlər dəyişib. İndi müzakirələr “jurnalistika, onun standartları, davranış qaydaları” kimi mövzularda deyil, keyfiyyətli xəbər və effektiv kommunikasiya üzrə aparılır. Yəni hədəf xəbərin istehsalçısı deyil, xəbərin özüdür. Çünki, dövrümüzdə xəbər istehsalı, sadə dildə desək, “jurnalistlərin inhisarından” çıxıb, istehsalçıların çeşidi çoxalıb: “vətəndaş jurnalistlər”, “internet fəalları”, “sosial şəbəkə istifadəçiləri” kimi təbəqələr meydana çıxıb. Xəbər istehsalçıları kimi, kommunikasiyanın da tipi dəyişib: artıq istehsal olunmuş xəbərin çatdırılması üçün nəinki kağız, hətta radio, televiziya yayımları da tələbləri tam ödəmir. Diqqət internetə, həmçinin məkan-zaman fərqi qoymadan internetə fasiləsiz qoşulmaq imkanı olan cihazlara yönəlib. Xəbər istehsalçıları da öz məhsullarını internetlə, mobil tətbiqlərlə yayırlar. İnformasiya texnologiyaları üzrə ixtisaslaşmış beynəlxalq şirkətlərin əksəriyyəti elan ediblər ki, növbəti ildən investisiyanı yalnız sosial şəbəkələrin, mobil tətbiqlərin inkişafına yönəldəcəklər. Hər kəs bunun üzərində fokuslaşıb. Azərbaycanda da durum fərqli deyil. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Təqribən 30 faiz insan sosial şəbəkələrə qoşulub, deməli, xəbərləşməni sosial şəbəkələr üzərindən reallaşdırırlar.

Qəzetlərin ömrü bitibmi, onlar bağlanmalıdırmı?

Texnoloji yeniliklərə aludə olub, keyfiyyətli xəbər məsələsini unutmayaq. Kontent məsələsi kommunikasiyanın tipi üzrə keçirilən müzakirələrdən geridə deyil. Kommunikasiya texnologiyaları nə qədər inkişaf edib xəbərin operativ çatdırılmasını təmin etsə də, bu, keyfiyyətli xəbər problemini aradan qaldırmır, əksinə, yalan xəbərin (fake news) artmasını stimullaşdırır. Məşhur statistika təşkilatlarının apardıqları tədqiqatlar dəhşətli mənzərəni ortaya qoyur. Məsələn, “statista.com” portalının araşdırmalarına görə, onlayn resurslardan, internet üzərindən yayılan, xüsusən sosial şəbəkələr vasitəsilə verilən xəbərlərin yarıdan çoxunun məzmunu yalandır. Bu göstərici ölkələr üzrə dəyişir, inkişaf etmiş ölkələrlə inkişafdan qalmış ölkələr arasında fərq var. Amma fərq böyük deyil. Məsələn, statista.com-un araşdırmalarına görə, ABŞ-da 2017-ci ildə sosial media üzərindən yayılan xəbərlərin 42 faizi yalan xəbərlər (fake news) olub. Bəzi ölkələrdə isə bu göstərici 60 faizə qədər artır. İnsanlar yalan xəbərlərin toruna düşməmək üçün xəbərləri ənənəvi mənbələrdən, yəni, peşəkar xəbər istehsalçısı olan KİV-lərdən - qəzetlərdən, radiodan, televiziyadan almağa üstünlük verirlər. “Forbes”in araşdırmalarında iddia olunur ki, ABŞ əhalisinin 51 faizi, hələ də qəzet oxuyucusudurlar. “Pewresearch” portalı isə qəzet oxuyucularının sayını 61 faiz elan edib. Ortadakı fərq azdır, cəmi 10 faiz. Buna baxmayaraq, hətta minimum olana istinad etsək belə, özlüyündə böyük göstəricidir, qəzet oxuyucuları informasiya alıcılarının 51 faizini təşkil edirsə, durum pis deyil, çox yaxşıdır. Amma bu 51 faizlərə, 61 faizlərə qapılıb elə təəssürat yaranmasın ki, guya ABŞ əhalisinin 51 və ya 61 faizi səhər durub qəzet alır, eynəyini taxır və kağızı götürüb oxumağa başlayır. Yox, qətiyyən belə deyil. Adını çəkdiyimiz araşdırma mərkəzlərinə istinad etsək, həmin 51 faiz əhalinin yalnız 23 faizi qəzetləri ənənəvi variantda - kağız üzərindən oxuyurlar. Yerdə qalan oxucular isə qəzetləri onlayn versiyada, rəqəmsal texnologiyalarla oxuyurlar. ABŞ qəzetçiləri kommunikasiya üçün multi texnologiyalardan istifadə edirlər. Az da olsa, oxucuların bir qismi (23 faiz) qəzeti kağız üzərindən oxuyur, onların istəyi ödənilir, qəzetin kağız versiyası hazırlanır. Digər qisim oxucu qəzetin xəbərlərini mobil tətbiqlərlə izləmək istəyir, onların da ehtiyacları ödənilir. Kimsə sosial şəbəkələr üzərindən xəbər alıcısıdır, qəzet bunu da tətbiq edir. Vizual yayımlar edir, TV yayım təəssüratı yaradır, bu istəkdə olanları da əldən buraxmır. Beləliklə, xəbər alıcılarının 51 faizini (və ya 61 faizini) əldə saxlayır.

Deməli, qəzet və qəzetçilik öz ömrünü bitirməyib. Sadəcə, qəzeti kağız üzərindən oxuyanlar azalıb. Kağız isə qəzet xəbərinin oxucuya çatması üçün yeganə vasitə deyil. Qəzetlər, onların redaksiyaları hazır mexanizmdirlər, doğru xəbər almaq istəyənlər üçün ən önəmli mənbədirlər. Sadəcə, texnoloji yeniliklər ediblər, zamanın tələbinə, oxucunun zövqünə uyğunlaşıblar, xəbəri operativ çatdırma üsulları tapıblar. Bütün bunları qurmaq böyük vəsait, ciddi sərfiyyat tələb etmir. Əksinə, bu texnologiyaların tətbiqi kağız üzərində xəbər yaymaqdan daha ucuz, daha sərfəlidir. İnternetin mövcudluğu bu texnologiyaların tətbiqini asanlaşdırır, imkan yaradır. Sadəcə, bilgi, istək, maraq və stimul olmalıdır.

Azərbaycanda durum: KİVDF-nin stimulaşdırıcı missiyası

Azərbaycanda çap media (print media) sahəsində böhran hiss olunur. Qəzet oxucuları azalır, onlar elektron mediaya, onlayn resurslara müracət edirlər. Zəncirvari prosesdir: oxucu auditoriyası itirsə, tiraj aşağı düşür, tiraj enirsə, reklam yoxa çıxır, ciddi maliyə böhranı yaşanır. İndi qəzetlərin yeganə stabil maliyyə mənbəyi Azərbaycan Prezidentinin dəstəyi , KİVDF vasitəsilə verilən maliyyədir. KİVDF 2009-cu ildən bu günə kimi qəzetlərin yaşaması üçün ən mühüm vasitə oldu. Belə demək mümkündürsə, dövlət başçısı Azərbaycan milli mətbuatını qorudu, onu yaşatdı. Amma bu proses nə qədər davam edə bilər? Nə vaxta kimi dövlət dəstəyi qəzetlərin yaşaması üçün başlıca mənbə olaraq qalacaq və qalmalıdırmı? Suallar çoxdur. Media menecerlərimizin verdikləri cavab isə birdir. Onlar deyirlər ki, internetin və elektron medianın, sosial şəbəkələrin inkişafı ənənəvi KİV-ləri, xüsusilə print medianı ciddi sınaq qarşısında qoyub. Həqiqətdirmi bu cavab? Yuxarıda dünya təcrübəsindən nümunələr verdik. İnternet, sosial şəbəkələrin inkişafı əgər bir kommunikasiya vasitəsi kimi düzgün istifadə edilərsə, qəzetlərə fayda gətirməlidir. Fayda deyil, ziyan gətirirlərsə, deməli, nə isə düzgün tətbiq edilmir və dəyişiklik olmalıdır. Səbəbi tapmaq üçün uzağa getməyək. Neqativi hər kəsə şamil etmək olmaz. KİVDF-nin yardımından, dəstəyindən, təcrübə mübadilələri proqramlarından düzgün faydalananlar, uğur qazananlar da var və belələri çoxdur. Onlar dünya təcrübəsini əxz ediblər, yeni texnologiyalar tətbiq ediblər və öz mövcudluqlarını, nüfuzlarını qoruyub saxlayıblar, hətta inkişaf etdiriblər. KİVDF-nin 2019-cu ildə maliyyə ayrılması üçün elan etdiyi şərtlər, yeni tələblər həmin uğurlu KİV layihələrinin nümunə götürülməklə, print mediada mərkəzləşmə prosesini stimullaşdırır. Media bazarında güclülərin, cəmiyyət tərəfindən qəbul olunanların, oxunan qəzetlərin qalmasına və daha da inkişaf etmələrinə şərait yaradır. Onların öz imkanlarını daha da artırmaları üçün maliyyə vəsaiti əksərən belə KİV-lərə yönləndiriləcək.

Əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır, onların gözəl tərtibatı, texniki imkanları, böyük tirajı, geniş oxucu auditoriyaları var. Azərbaycanda isə ancaq KİVDF-nin vasitəsilə maliyyələşən qəzetlərin sayı 33 idi. Bundan başqa sahə qəzetləri, aylıq, regional qəzetlər var. Onların əksəriyyətinin tirajı çox aşağıdır, ən inkişaf edən bir neçə qəzetin tirajı 5 mini keçmir. İşçilərin sayı və peşəkarlığı tələb oluna səviyyədə deyil, maaşlar aşağıdır. Balaca bir ölkədə bu qədər qəzetin yaşaması üçün zəruri imkanlar yoxdur. Onlar nəinki Azərbaycan informasiyasını dünyaya çatdırmağa, heç ölkə içində ictimai rəyə təsir etmək imkanında deyillər. Təmərküzləşmə getməlidir, böyük, peşəkar kollektivi olan, yayım imkanları, oxucu auditoriyası geniş, dayanıqlı KİV-lərin qurulması stimullaşdırılmalıdır. Yeniləşməsək, yeniləcəyik, bu, bir həqiqətdir.

Xəbər 1071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +