Nazir rəisi işdən çıxardı
Neft bahalaşdı
Bu gün onlar da pensiya ala bilər
Düşmən yenə təxribata əl atdı
Birdəfəlik ödəmədə növbə bu rayonlarındır
Daha bir ölkədə koronavirusdan ilk ölüm
Yardım alacaq sahibkarlara xəbərdarlıq!
Saxta arayış satan “jurnalistlər“ saxlanıldı
İngiltərədə mövsüm ləğv ediləcək
ABŞ ÜST-ə maliyyə yardımını dayandıracaq?


05.02.2019  12:06 

“Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən hekayə yazsın”





A+  A-

“Mənim fikirlərimdə kiməsə minnət qoymaq niyyəti yoxdur. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin”.
XəzərNews.az-ın məlumatına görə, bu fikirləri Unikal.org-a müsahibəsində Milli Məcliisn İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə göprə, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan maliyyə alan qəzetlər dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazmalıdır.

“Mən demirəm ki, hansısa naziri tərifləsin, yaxud onun barəsində mədhiyyə yazsın. Sırf dövlətin mövqeyi qorunmalıdır”.

“Hansısa nazir, yaxud nazirliyin fəaliyyətində problem olanda necə” sualına deputat “Əgər problem varsa, yazsın. Bu, jurnalistin səlahiyyətində olan məsələdir. Biz jurnalistin fəaliyyətinə qadağa qoya bilmərik. Hər kəs tənqid də, təhlil də edə bilər və buna görə kimisə təhdid eləmək olmaz, amma təhqir yolverilməzdir” deyə cavab verib.

S.Novruzov sosial şəbəkələrdən də danışıb:

“Sosial şəbəkələri bağlamayaq, amma elə bir yol seçməliyik ki, hər şey qaydasında olsun. Birincisi, o insanlar başa düşməlidirlər ki, başqasını təhqir eləmək olmaz. Milli Məclisdə onun babası yaşında adam var, bəzilərinin müəllimi, bəzilərinin həkimi Milli Məclisdə təmsil olunur. Bu cür məqamlara diqqət eləmək lazımdır. Kimdənsə xoşun gəlmirsə, ümumilikdə təhqirə keçmək olmaz axı. Konkret mənimlə söhbəti varsa, mənimlə davasın aparsın, bütövlükdə Milli Məclisi niyə təhqirə məruz qoyur? Özü də müxtəlif adlar altında gizlənilər. Keçmişdə buna “donos” deyirdilər. İndi də bu adamlar sosial şəbəkələrdə “donos” yazırlar”.

S.Novruzov insanların bugünkü dolanışıq səviyyəsi ilə bağlı sualı belə cavab verib:

"Hər bir şəxsin özünün dolanışıq mexanizmi olmalıdır. Rokfeller bir cür dolanır, mən başqa cür dolanıram, o biri də başqa cür... Təbii ki, hamı çalışır ki, yaxşı yaşasın. Dövlətin də vəzifəsi odur ki, hər bir vətəndaşa layiqli həyat şəraiti yaratsın. Amma başqa məqamlar da nəzərə alınmalıdır. Biri ömrü boyu ağır sənayedə işləyib, o biri hardasa yüngül işdə çalışıbmış əlini ağdan-qaraya vurmayıb. Sonda biri o biridən az təqaüd alır. Buna görə də dövləti suçlamaq doğru deyil. Yəni, məsələnin başqa tərəfləri də var.

Təbii ki, yalnız təqaüdlə yaşamaq çətindir. Hərdən xariclə müqayisə aparırlar. Orda insan işləyir pulunu yığır, pensiya yaşında da götürüb səyahətə çıxır. Bizdə isə insanlar bütün gücünü, qazancını uşağına, ailəsinə sərf edir. Yəni, investisiyanı ailəsinə qoyur ki, sonra da ona baxsınlar. Xaricdə isə uşağın 16-17 yaşı olan kimi, valideyn onları həyata buraxır. Bax, belə fərqli məsələlər var. Təbii ki, mən istəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın, amma gərək reallıqdan uzaq olmayaq da".

Xəbər 874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.04.2020  14:27 

Nazir rəisi işdən çıxardı

09.04.2020  13:51 

Neft bahalaşdı

09.04.2020  11:23 

Bu gün onlar da pensiya ala bilər

09.04.2020  10:17 

Düşmən yenə təxribata əl atdı

08.04.2020  11:37 

CeyLonun toyu olmayacaq

08.04.2020  11:09 

8 rayon üzrə pensiyalar verilir

08.04.2020  10:18 

Uhandan çıxışa icazə verildi

08.04.2020  09:36 

Neft ucuzlaşdı


BÜTÜN XƏBƏRLƏR +