Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.01.2019  17:26 

“Bu gün Venesuelada böyük etiraz aksiyası gözlənilir”





A+  A-

“Bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir”.
XəzərNews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın sanksiyalarından sonra Maduro (Venesuela prezidenti Nikolas Maduronu nəzərdə tutur-red.) Venesueladakı müxalifətlə görüşmək istədiyini bildirdi. Xuan Quaydo Venesuelanın Konstitusiya Məhkəməsi ilə təhdid edilir. Bu gün (yanvarın 30-da) böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. ABŞ vətəndaşları ikinci əmrə qədər Venesuelaya səyahət etməsinlər”, - deyə D.Tramp vurğulayıb.

Xatırladaq ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo özünün Venesuelanın müvvəqəti prezidenti elan edib. ABŞ prezidenti Donald Tramp onu ölkə prezidentinin səlahiyyətlərini müvvəqəti icra edən şəxs kimi tanıyıb.

Bundan başqa Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Qayana, Sent-Lüsi, Qvatemala və Peru Milli Assambleya sədri də X.Quaydonu tanıdıqlarını və onu tam dəstəklədiklərini bildiriblər.

Bir müddət əvvəl Venesuel prezidenti Nikolas Maduronun kiçik oğlu bidirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətbiq edəcəyi halda Ağ Evi ələ keçirəcək.

Xəbər 2941 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +