Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.01.2019  14:21 

İsgəndər Həmidov Şəkidə saxlanıldı və...





A+  A-

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın təsisçilərindən biri İsgəndər Həmidov saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə "facebook" sosial şəbəkəsində Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı məlumat verib.

Onun sözlərinə görə, sabiq nazir Şəkidə saxlanılıb:

“Sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar olaraq yas mərasiminə gedən İsgəndər Həmidov Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, 1 saata yaxındır ki, polis bölməsindədir. Barəsində və saxlanılma motivləri haqqında məlumat verilmir. İsgəndər Həmidovun maşını da Polis bölməsinin həyətinə salınıb”.

Bu dəqiqələrdə verilən məlumata görə, İsgəndər Həmidov sərbəst buraxılıb.

Xəbər 3365 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +