AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


28.01.2019  17:12 

“Ukrayna Azərbaycanlıları Radası” yaradılır





A+  A-

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Kiyevdə toplantısı keçirilib. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr aparılıb.
XəzərNews.az xəbər verir ki, təşkilat rəhbərləri, diaspor fəalları, ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli deyib ki, toplantının məqsədi “Ukrayna Azərbaycanlıları Radası”nı yaratmaq və təşkilatların birgə fəaliyyətini təmin etmək üçün razılığın əldə olunmasıdır. Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun artıq bu istiqamətdə işlərini yekunlaşdırdığını bildirən D.Rəcəbli bugünkü toplantının nəticəsinə uyğun olaraq yaxın vaxtlarda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayının keçiriləcəyini vurğulayıb.

Tədbirdə iştirak edən Ukraynada prezidentliyə namizəd Roman Nəsirov bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətə razılıq verməsinin təqdirəlayiq olduğunu deyib və bu istiqamətdə hər kəsə uğurlar arzulayib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təşkilatların birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayaraq bildirib ki, ümumrespublika tədbirlərinin birgə keçirilməsi, daha səmərəli və faydalı nəticələr verə bilər.

Daha sonra Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin çıxış edərək diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyətinin zəruriliyini qeyd ediblər. Təşkilatların bir çətir altında birləşməsi Ukraynadakı Azərbaycan diasporunun inkişaf etməsi, daha səmərəli mexanizmlərin işlənib hazırlanması, diasporumuzun əsas istiqamətlərinin inkişafında ümumi mövqeyin formalaşması və digər aspektlərdən əhəmiyyəti vurğulanıb.

Toplantıda çıxış edən Ukrayna Respublikasının xalq artisti Qurban Abbasov iştirakçıların diqqətini Azərbaycan mədəniyyətinin təbliğinə yönəldərək, bu sahədə də birgə fəaliyyətin səmərəli olacağını deyib.

Xəbər 1277 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +